Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq artisti gileyləndi: “Evdə oturub ölümümü gözləyirəm”

“İnstitutu bitirəndən sonra ömrümün 45 ilini Sumqayıt teatrında işləmişəm. Oradan da uzaqlaşdırıldım”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Valeh Kərimov verilişlərin birində deyib.

O, evdə oturub ölümünü gözlədiyini bildirib:

“Söhbət küskünlükdən getmir. Bekar insanam. Mənim də bekarçılıqdan zəhləm gedir. Mən bu sənətə gəlmişəm ki, ömürlük işləyim. Axı niyə kənarda qalım ki? Canım sağ, danışığım yerində, gözlərim görür, qulağım da eşidir... Mən yaratmaq istəyirəm. Maaş vermə, Prezident təqaüdü alıram, amma çalışım. Axı səhnədən ötrü vaxtı ilə atam da danışdırmayıb məni. Səhnəyə hər şeyimizi qurban vermişik, səhnədən ötrü gec ailə qurdum. Müəllimim dedi ki, ailəlisən? Dedim ki, subay. Dedi ki, özünü sənətdə tapsan, evlənərsən. Gördüm, tapmadım, getdim evləndim. İkisindən birini seçdim. Evdə öz-özümə nə qədər monoloq qurum? Məcburam ki, oturum ölümümü gözləyim”.

Kərimovun sözlərinə görə, “Bəxt üzüyü” filmindəki yaratdığı “Moşu” obrazı ona həyatda çox mane olub:

“İndi-indi hamı adımı bilir. İndiyə kimi “Moşu”, “xalq” deyirlər. Xalqın içindən çıxmış insandır. Orada (“Bəxt üzüyü” filmini nəzərdə tutur - red.) xalqın gözəl adətləri göstərilib. Bir az demaqoqluğu var, istedadsız insandır. Asan yolu seçir, istedadı yoxdur, şair olmaq istəyir. Qafiyə qoşur, düz çıxmır. Amma o rol mənə çox mane oldu. Hamını filmə çəkirlər, məndən başqa. Bir-iki dəfə məni kinostudiyaya dəvət ediblər. Gördüm, pıçıldayırlar ki, sifəti “Moşu”dur, nə rol oynasa da, alınmaz. Rədd edin, getsin. Bu məni çox incidib. Axı məni başqa obraz üçün qrim də etmək olardı...”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Ən çox oxunanalar