Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq artisti Gəncədə dəfn olunub


Görkəmli sənətkar, xalq artisti, bəstəkar-dirijor Nəriman Əzimov Gəncədə son mənzilə yola salınıb


Vida mərasimində şəhərin mədəniyyət, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev, AMEA-nın Gəncə bölməsinin rəhbəri, akademik Fuad Əliyev, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri Fikrət Verdiyev çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşüb, onun Azərbaycan mədəniyyətinə əvəzsiz xidmətlərindən danışıblar.

Bildirilib ki, yüzlərlə mahnı və musiqi əsərlərinin müəllifi olan sənətkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafında və dünyada tanıdılmasında əvəzsiz xidmətləri var.

Qeyd edilib ki, görkəmli sənətkar Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru olmaqla yanaşı, tar və xalq çalğı alətləri orkestri üçün musiqilərin, eləcə də "Xatirə", "Qaynana əməliyyatı", "Özəlim – gözəlim" əsərlərinin müəllifidir.

Gəncədə keçirilən vida mərasimində Nəriman Əzimovla bağlı xoş xatirələr yada salınıb.

Qeyd edək ki, 80 yaşlı Xalq Artisti uzun sürən xəstəlikdən sonra noyabrın 19-da Bakıda dünyasını dəyişib. Nəriman Əzimov vəsiyyətinə uyğun olaraq Gəncədə anasının məzarı yanında torpağa tapşırılıb. (azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Ən çox oxunanalar