Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq artisti adı alan Murad Dadaşov: “İnanılmaz qürur hissi keçirirəm”


Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” sərəncam imzalayıb


Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə, Azərbaycan Respublikasının fəxri adı alanlar sırasında əməkdar artist Murad Dadaşov da var. 2015-ci ildə “Əməkdar artist” adına layiq görülən aktyor bu gün “Xalq artisti adını alıb. 

Musavat.com-a açıqlama verən xalq artisti hər zaman sənət adamlarına göstərdiyi qayğı və diqqətə görə prezindent İlham Əliyevə dərin minnətdarlığını bildirib: "Cənab Prezidentimiz İlham Əliyev hər zaman mədəniyyət sahəsində çalışan insanları, incəsənət aləminin nümayəndələrini xüsusi diqqətdə saxlayıb. O, Ulu Öndərimiz Heydər Əliyevin yolunu davam etdirərək, daim ölkəmizin hər sahəsinin olduğu kimi, mədəniyyət sahəsinin də inkişaf və tərəqqiyə doğru irəliləməsi üçün əlindən gələni edib və edir. Məni və əziz həmkarlarımızı, dəyərli sənətkarlarımızı fəxri adlara layiq bildiyi üçün bu gün inanılmaz qürur hissi keçirir və möhtərəm Prezidentimiz İlham Əliyevə sonsuz təşəkkürlərimi bildirirəm. Prezidentimizin mənə göstərdiyi bu etimad, dövlət tərəfindən mənə layiq görülən bu yüksək fəxri ad mənə həvalə olunan böyük məsuliyyət hissi deməkdir. Bu ada layiq ola bilmək üçün mən bundan sonra qarşıma daha böyük məqsədlər qoyacağam və gördüyüm hər bir işdə, ərsəyə gətirdiyim bütün layihə və işlərdə Azərbaycanın adını daha da yüksəklərə daşımaq və ölkəmizin uğurlarını daha da artırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Var olsun, cənab Prezident! Var olsun birinci xanım Mehriban Əliyeva! Var olsun Azərbaycan xalqı! Həmkarlarıma görə də ikiqat sevinc içində olduğumu bildirir və hamını təbrik edirəm!".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Ən çox oxunanalar