Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaçaturyan hər şeyi etiraf edib –Ermənilərə işləyən 3 azərbaycanlı kim olub?..

Azərbaycan ordusunun hərbi qulluqçusu, ehtiyatda olan polkovnik Azay Kərimov Laçın sərhəd keçid məntəqəsində saxlanılan Vaqif Xaçaturyanla üzləşdirilib...

Poliqon xəbər verir ki, bu barədə A.Kərimov bloqunda yazdığı yazıda açıqlama verib.
Xatırladaq ki, Vaqif Xaçaturyan qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə ittihamı ilə beynəlxalq axtarışda olub.

İyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana getmək istəyərkən Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Azay Kərimov bildirib ki, Xaçaturyan Bakıya gətirikdən sonra DTX-dan onunla əlaqə saxlayaraq görüşüblər.

Ondan Vaqif Xaçaturyanı tanıyıb-tanımadığını soruşublar: “Dedim: “Tanıyıram. Əsl adi Vaqif, “kliçka”sı Vladikdir! Stepanakertdə (Xankəndi) ermənilər ona Vladik deyirdilər”.
Daha sonra əlamətlərini soruşublar. A.Kərimov bildirib ki, Vaqif Xaçaturyanın sol qolunun qatlanacaq hissəsində damar dağıntısı izi və çapıq olmalıdır.

Bundan sonra polkovnik Azay Kərimov DTX əməkdaşları ilə Badamdara hospitala gediblər və baxış kecirilib.

“Meşəli hadisəsinə qədər biz Vaqifi (Vladiki) 15 may 1991-ci ildə gecə dörd nəfər silahdaşı ilə birlikdə həbs etmişdik. Vaqif məni tanıdı və mənim tərəfimdən döyüldüyünü də dedi. Dünənki üzləşmədə Vaqif hər şeyi etiraf etdi”-deyə A.Kərimov vurğulayıb.

Onun sözlərinə görə, Vaqif Xaçaturyan Meşəli faciəsinə kimi Xankəndidə yaşayan 30 000 azərbaycanlı ailəsinin bu şəhərdən min cür işgəncə ilə, öldürülmək və yandırmaq yolu ilə qovulmalarının ən fəal iştirakçılarlndan biri olub.

“O, Xankəndi Cinayət Axtarış Şöbəsinin rəisi Qəribin (Qarik) dəstəsində olaraq, milli munaqişələri qızışdıranlardan olub. İlk dəfə bizim tərəfimizdən buna görə həbs olunmuşdu. Vaqif həbs olunub Şuşa türməsinə gətirildikdən sonra gecə dişi ilə sol damarını çeynəyib dağıtmışdı ki, qanaxmadan ölsün. Şuşa xəstəxanasında damarını tikdirdik. Gecə tikişi yenə dişi ilə sökmək istəyəndə üstünə düşdük və bu dəfə xüsüsi nəzarətə götürüldü. Əslində hələ o vaxt Vaqif özü-özünə ölüm hökmü çıxarmışdı. Üç aydan sonra Vaqifi Bakıdan Şuşaya ezam olunmuş prokuror və müstəntiqlər böyuk pul qarşılığında satıblar. Vaqif özü belə dedi“-deyə polkovnik qeyd edib.

A.Kərimovun sözlərinə görə, o zaman buraxıldıqdan 9 ay sonra Vaqif dəstəsi ilə Meşəli faciəsini törədib, 25 nəfər sakini öldurüb, azərbaycanlıları əsir götürüb və onlara dözülməz işgəncələr verib. Xocalı hadisəsində iştirak edib və sakinləri öldürüb.
“Vaqif öz dilindən başqa Azərbaycan, rus dillərində sərbəst danışır. Dünənki üzləşmədə Vaqif meşəli sakinləri olan 3 nəfəri barmaği ilə göstərərək onları tanıdığını, onların həmişə ermənilərə işlədiklərini, ermənilər ilə oturub-durduqlarını, həmişə ermənicə danışdıqlarını, ermənilərlə həmişə içki içdiklərini, öz millətini, kəndlilərini sevmədiklərini göstərdi. Bildirdi ki, belələri çoxdur, onlardan yalnız üçü buradadır”-deyə A.Kərimov açıqlamasında vurğulayıb.

Vaqif müstəntiqə həmin Meşəli sakinləri ilə danışmaq istəmədiyini bildirib.
Azay Kərimov 1965-ci ildə Şuşa rayonunun Malıbəyli kəndində doğulub. Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbində oxuyub. 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. (bakupost.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay