Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

X Qlobal Bakı Forumu: Səhiyyə ilə bağlı panel iclası keçirilib - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

“Report”un xəbərinə görə, Forum çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması strukturu: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda növbəti panel iclası keçirilib.

2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti Rozen Plevneliyevin moderatorluğu ilə keçirilən panel iclasında BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun müavini Nacat Moxtar, 2003-2018-ci illərdə Monteneqronun Prezidenti Filip Vuyanoviç, Azərbaycanın səhiyyə naziri Teymur Musayev, Hadassa Tibb Mərkəzinin baş direktoru Yoram Veys çıxış ediblər.

Panel iclasında Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesusun videomüraciəti dinlənilib. O, müraciəti zamanı bütün ölkələrə müraciət edərək deyib: “Hazırda minilliyin hədəflərindən uzaqlaşmışıq. Bizim təşkilat 5 prioritet təklif (təşviq, təminat, qoruma, səlahiyyətləndirmə, icra ilə bağlı) edir. Biz bütün ölkələri həmin təklifləri yerinə yetirməyə çağırırıq. Xəstəlik iş yerlərindən başlayır”.

Daha sonra çıxış edən BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima isə qeyd edib ki, bu ilin sentyabr ayında təmsil etdiyi qurumda hökumətlər görüşəcəklər.

Onun sözlərinə görə, vaksinlər kütləvi məhsullar kimi satılmalıdır:

“Pandemiyanın ilk vaxtlarında Cənubi Afrika “Moderna” adlı vaksin istehsal etməyə başlamışdı. Ancaq orada bunu kommersiya səviyyəsinə çıxarmağa imkan yox idi. Liderlər vaksinlərin bərabər bölüşdürülməsini təmin etməlidir. Pandemiyaya hazırlıq və cavab tədbirlərinin görülməsi məsələsi müzakirə olunur. Biz buna ayrıca danışıqlar mövzusu kimi baxmalıyıq. Sentyabrda BMT-də hökumətlər görüşəcəklər. Qlobal səhiyyə sisteminin yaradılması məsələsi müzakirə olunacaq”.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev söyləyib ki, sağlamlıqla əlaqədar milli səviyyədə sistem qurmalıdır:

“Sağlamlıq sahəsində də ekspertlər bunu vurğulayırlar. Bütün insanlar sağlam həyat tərzinə yönəlməlidir. Azərbaycanın strategiyasında bu vurğulanıb. Həmin strategiya Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Fərdi həyat tərzi ilə səhiyyə sistemi arasında əlaqələr də olmalıdır”.

Nazir qeyd edib ki, sağlamlıq fundamental insan hüququdur:

“Bunun üçün maliyyə qaynaqları bərabər şəkildə olmalıdır. Bu gün tibbi xidmətlərin daha əlçatan olması tələb olunur. Özəl sektorun da sağlamlığın təmin edilməsində yeri danılmazdır. Biz bilirik ki, səhiyyə sistemi bir çox ölkələrdə əlçatan deyil. Bir çox əngəllər vardır. Biz çağırırıq ki, bu prioritetlər təmin olunsun və səhiyyə sistemində standartlar tətbiq edilsin. Vaksinasiya sağlamlığın əsas elementlərindən biridir”.

Digər çıxışçılar da sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi və gücləndirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.

Sonda isə Birləşmiş Krallığın 2007-2010-cu illərdə Baş naziri, BMT-nin Qlobal Təhsil üzrə xüsusi nümayəndəsi, ÜST-nin Qlobal Səhiyyənin Maliyyələşdirilməsi üzrə səfiri Qordon Braunun videomüraciəti dinlənilib.

Bununla da panel iclası başa çatıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini növbəti panel iclasları ilə davam etdirir.

Forum çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda növbəti panel iclası keçirilir.

2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti Rozen Plevneliyevin moderatorluğu ilə keçirilən panel iclasında BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun müavini Nacat Moxtar, 2003-2018-ci illərdə Monteneqronun Prezidenti Filip Vuyanoviç, Azərbaycanın səhiyyə naziri Teymur Musayev, Hadassa Tibb Mərkəzinin baş direktoru Yoram Veys çıxış edirlər.

Bundan əlavə, panel iclasında Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus və Birləşmiş Krallığın 2007-2010-cu illərdə Baş naziri, BMT-nin Qlobal Təhsil üzrə xüsusi nümayəndəsi; ÜST-nin Qlobal Səhiyyənin Maliyyələşdirilməsi üzrə səfiri Qordon Braunun videomüraciəti dinləniləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar