Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Washington Post: Rusiyanın Qərbdəki casus şəbəkəsi süqut edir…

Rusiyanın xaricdəki casus şəbəkəsi “soyuq müharibə”dən bəri ən ciddi itkilərə məruz qalıb…

ABŞAvropa kəşfiyyat agentliklərinin hesablamalarına görə, son bir ildə Rusiyanın kəşfiyyat xidmətləri “Soyuq Müharibə”dən bəri xaricdəki casus şəbəkəsinin çox böyük itkilərlə üzləşib.

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzetinin məlumatında bildirilir.

Qəzet yazır ki, bu, Vladimir Putinin müharibə ilə bağlıqərar verərkən, qabaqcadan görə bilmədiyi Ukraynaya müdaxilənin növbəti nəticəsidir.

ABŞAvropa təhlükəsizlik mənbələri The Washington Post-a bildirirlər ki, Ukraynadakı müharibəyə cavabın miqyası Rusiyanı təəccübləndirib. Nəticədə Moskvanın Avropada məlumat verənlərlə əlaqə saxlamaq, casusluq əməliyyatları keçirmək və Kreml üçün əsas mövzular, o cümlədən Ukraynaya silah tədarükü ilə bağlı kəşfiyyat məlumatları toplamaq imkanları zəifləyib.

Eyni mənbələr xəbərdarlıq edir ki, buna baxmayaraq, Rusiya xaricdə casusluq fəaliyyəti üçün əhəmiyyətli potensiala malikdir.

Qərb kəşfiyyat xidmətləri Rusiyanın Avropadakı casus şəbəkəsini yenidən quracağını gözləyir. Qərb ölkələrinin birinin kəşfiyyatının yüksək rütbəli rəsmisinin sözlərinə görə, Rusiya agentlərinə Qərb dövlətlərinə yenidən sızmaq üçün məlum cəhdlərin heç biri uğurlu olmayıb.

Casusluqda şübhəli bilinən şəxslərin kütləvi surətdə qovulması və onların 2022-ci ildə həbslərinin sayının artması, qismən Avropa ölkələri arasında əməkdaşlığın genişlənməsi və müharibə başlayandan sonra Rusiyaya münasibətin dəyişməsi ilə bağlı olub:

“2023-cü ilin fevralı 2021-ci il və ya 2019-cu ilin fevralı ilə eyni deyil”, deyə yüksək rütbəli Qərb kəşfiyyat rəsmisi WP-yə bildirib. “Müharibə AvropaRusiya üçün dözümlülüyə son verdi, deyə o, əlavə edib.

Adı açıqlanmayan FTB rəsmisi hesab edir ki, Rusiya kəşfiyyat xidmətləri bəzi əlamətlərə görə ümidsizliyə qapılıblar. WP-nin məlumatına görə, Rusiya kəşfiyyatı indi əvvəllər çəkindiyi qərarları qəbul edə bilir. Məsələn, Moskva bir Avropa paytaxtından qovulmuş casusları digər Aİ ölkəsinə sızdırmağa çalışır.

Məqalədə qeyd edilir ki, Rusiya da kibercasusluğa daha çox arxalanaraq və qaçqın axınından istifadə etməklə itkilərini kompensasiya etməyəcəhd edir.

Ukraynada müharibə başlayandan bəri 600-ə yaxın diplomat Qərb ölkələrindən qovulub. Onların bir çoxu, Qərbin hesablamalarına görə, Rusiya xüsusi xidmət orqanlarının üzvləri olub.

Ötən ilin ən böyük casus qalmaqallarından biri isə alman kəşfiyyatçı Karsten Linkenin həbsi olub.

İyun ayında isə Hollandiya hakimiyyəti Rusiya zabiti Sergey Çerkasov olduğu üzə çıxan Braziliya vətəndaşını həbs edib. O, illər boyu Braziliyada saxta sənədlərlə yaşayıb və digər məsələlərlə yanaşı, Rusiyanın Ukraynadakı cinayətlərinin araşdırıldığı Beynəlxalq Cinayət Məhkəməsində təcrübə keçmək üçün Hollandiyaya gəlib.

Tərcümə Poliqon-a aiidr

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar