Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Viza ən geci 3 günə veriləcək

Yaxın vaxtlarda "ASAN viza" sisteminin işə düşməsi ilə turizmin inkişafı üçün görülən işlər daha da təkmilləşəcək. Belə ki, xarici ölkə vətəndaşları ən geci 3 iş günü müddətində viza əldə edə biləcəklər


PİA.AZ Trend-ə istinadən bildirir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir turizm sənayesinin Azərbaycan iqtisadiyyatında prioritet istiqamətlərdən olduğunu qeyd edərək son illər bu sahədə böyük irəliləyişə nail olunduğunu bildirib:

"Ölkəmizin zəngin mədəniyyəti, tarixi, əsrarəngiz təbiəti və xalqımızın yüksək qonaqpərvərliyi Azərbaycanda turizmin inkişafı üçün böyük imkanlar açır. Bu istiqamətdə işləri davam etdiririk. Azərbaycan xaricdən daha çox turistin qəbul edilməsi üçün vacib addımlar atır. Viza sistemi sadələşdirilir. İndi bir sıra ölkələrin vətəndaşları birbaşa hava limanlarımızda viza əldə edirlər. Digər ölkə vətəndaşlarının isə elektron turist vizalarını qısa müddətdə əldə edərək ölkəmizə səfər etmələrinə imkanı yaradılıb".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında fərman imzalayıb.

Fərmana əsasən, elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxs viza almaq üçün birbaşa "ASAN Viza" sistemi vasitəsilə müraciət edəcək. Elektron vizalar üç iş günü müddətində veriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar