Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

VHP sədrindən Xamneyiyə etiraz: İran reallığl qəbul edə bilmir

Məlum olduğu kimi İranın dini lideri Əli Xamneyi şəxsi “Twitter” səhifəsində etdiyi paylaşımda Ermənistan-İran sərhədinin bağlana biləcəyindən narahatlığını bildirib.
"Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Amma əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran buna qarşı çıxacaq. Ona görə ki, bu sərhəd bir neçə min illik əlaqə yoludur",- deyə Əli Xamneyi yazıb.

İran rəsmilərinin bu açıqlaması rəsmi Tehranın Azərbaycanın ərazi bütövlüyünün bərpasından narahatlığını bir daha təsdiq edir. Bununla bağlı fikirlərini bildirən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı təhdid dolu bəyanatlar səsləndirən İran rəsmilərinin bölgədə yaranmış yeni geosiyasi reallıqları qəbul etmədiklərini bildirib:" Azərbaycanın Ermənistanla İran arasını bloklamaq niyyəti yoxdur, sadəcə koridor açıb, yol açıb Naxçıvana gedib-gəlmək işini asanlaşdırmaq istəyir, yəni İran yeni siyasi reallığı və baş verən prosesləri gərək başa düşsün. Biz Ermənistanla iranın sərhədini bağlamaq niyyəti güdmürük".

S.Rüstəmxanlı Xamneyinin daha bir fikrinə etiraz edərək bildirib ki, min illər ifadəsi də doğru deyil." Min illər Ermənistan olub ? Bəlkə orda Ermənistan dövləti olub ? Bu məsələdə çox böyük yalnışlığa yol verir. Ermənistan 1918-ci ildən bəri mövcud olan süni qondarma dövlətdir. İranın uzun illər Ermənistanı zorla süni yolla nəfəs verib saxladığı da hər kəsə məlumdur. Açılan koridor əslində İranın da xeyrinədir, çünki Naxçıvan üzərindən həm də, dəmir yolu Təbrizə və İranın digər güşələrinə gedəcək. İranın özünün də şimal əraziləri ilə əlaqələri möhkəmlənəcək. Bu cür yanaşma doğru deyil. Bəlkə İranın niyyəti odur ki, Arazdan adlayıb İran üzərindən keçən yükləri nəzarətində saxlasın. Bu 30 ildə İran bunu edə bilərdi Azərbaycana böyük qardaşlıq yardımı etmiş olardı, təəssüf ki, indi onu eləmirlər. İndi Zəngəzur dəhlizinin açılması reallaşanda İran belə bir təkliflə çıxış elədi amma o da nə dərəcədə realdır onu bilmirik. Ümumiyyətlə, İran İslam Cumhuriyyətinin xristian ölkəsi olan Ermənistana himayədarlıq etməsi və onu qan qardaşı, qan qohumu sayması anlaşılan bir şey deyil. İran İslam Cumhuriyyətinin əslində siyasiləşdiyini və bütün islam aləminə ancaq öz fars marağı ilə yanaşdığını bir daha nümayiş etdirir. Çox təəsüf ki , hətta Türkiyə Cumhuriyyətinin çox hörmətli Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla görüşündə də bu münasibət hiss olundu".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Ən çox oxunanalar