Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəkillər Kollegiyası: “Yayılan məlumatlar böhtandır”

Bu günlərdə sosial şəbəkələrdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət heyətinin rəhbərliyi barəsində hər hansı faktiki əsası olmayan, yalan, böhtan və təhqir xarakterli məlumatlar yayılıb

Bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti bəyanat yayıb.

Bəyanatda deyilir: "Xüsusilə, həmin xəbərlərdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin icarəyə götürülmüş hazırki inzibati binasının Kollegiyanın sədrinin şəxsi mülki olması, Vəkillər Kollegiyasının əvvəlki rəhbərliyi dövründə 1 milyon manatlıq vəsaitin yığılması və həmin vəsaitə münasibətdə bu gün qanunsuz istifadə hallarının mövcudluğu, yerli vəkil qurumlarında həmin qurumların hesabına deyil, Kollegiyanın hesabına müəmmalı təmir işlərinin aparılması və sair böhtan xarakterli, həqiqətə uyğun olmayan və ictimai fikrə mənfi təsir göstərən məlumatlar qeyd olunmuşdur.

Bununla əlaqədar, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Bu gün Vəkillər Kollegiyası öz fəaliyyətində ictimaiyyətə açıqlıq, şəffaflıq, vəsaitlərə qənaət prinsiplərini rəhbər tutaraq, ölkəmizdə vəkilliyin inkişaf etdirilməsi, xüsusilə əhalinin peşəkar hüquqi yardıma olan ehtiyaclarının lazımi həddə ödənilməsi üzrə çoxşaxəli işlər həyata keçirməkdədir. 07.12.2017-ci il tarixdə Vəkillər Kollegiyası üzvlərinin sonuncu hesabat konfransında Kollegiyanın vəsaitləri və onların hansı məqsədlər üçün istifadə edilməsi barədə Kollegiya üzvlərinə hesabat da verilmişdir. Eyni zamanda, hazırda da Kollegiya öz üzvlərinə Kollegiyanın gəlir və xərcləri barədə onları maraqlandıran məlumatları verməkdə hər hansı maneənin olmadığını bildirir.

Bildiririk ki, yuxarıda adları çəkilən böhtan və yalan xarakterli məlumatlar həqiqəti əks etdirmir və Vəkillər Kollegiyasının rəhbərliyinə ləkə yaxmaqla ictimaiyyətin Kollegiyaya olan etimadını və vəkil peşəsinin nüfuzunu sarsıtmağa hesablanmışdır.

Qeyd olunanları nəzərə alaraq, Vəkillər Kollegiyasının Rəyasət Heyəti yoxlanılmamış və ictimaiyyətin çaşdırılmasına səbəb olan məlumatları publik şəkildə yayan şəxslərdən ən qısa zamanda təkzib vermələrini tələb edir. Əks təqdirdə, Rəyasət Heyəti qanuna uyğun olaraq, həmin şəxslərə qarşı ölçü götürülməsi ilə bağlı müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edir".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Ən çox oxunanalar