Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəkil Elçin Sadıqovun Azərbaycan ərazisində hərəkətinə icazə verilməyib

Ev dustaqlığında olan vəkil Elçin Sadıqov Bakıdan çıxışına icazə verilməsi üçün məhkəməyə müraciət edib...

PİA.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi vəkilin ərizəsini təmin etməyib.

Elçin Sadıqov qərardan apellyasiya şikayəti verib. Vəkil bildirib ki, ev dustaqlığıyla bağlı məhkəmə qərarlarının əksəriyyətində şəxslərə Bakını yox, Azərbaycan ərazisini tərk etmək qadağan olunur. Sadıqov bununla vəkil kimi fəaliyyətinin məhdudlaşdırıldığını deyib: "Həbsimdən əvvəl müxtəlif bölgələrdən olan müvəkkillərimin işlərini götürüb, onların hüquqlarını müdafiə edirdim. Mənə paytaxt ərazisini tərk etmək qadağası qoymaqla həm də həmin şəxslərin müdafiə hüququ pozulmuş olur. Vəkillər müstəqildir, onların fəaliyyəti heç kimdən asılı deyil. Mən bölgələrdə vətəndaşların hüquqlarını müdafiə etmək üçün kimdənsə icazə almalı deyiləm. Binəqədi Rayon Məhkəməsinin qərarını qanunsuz hesab edirəm və həmin qərardan apellyasiya şikayəti vermişəm. Ümid edirəm ki, Bakı Apellyasiya Məhkəməsi ədalətli qərar qəbul edəcək.".

Xatırladaq ki, Elçin Sadıqov bir müddət əvvəl Xural internet televiziyasının rəhbəri Əvəz Zeynallı ilə birgə həbs olunub.

Vəkil Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Sonradan Elçin Sadıqov Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Həmin qərarda ona bir sıra qadağalar qoyulub ki, onlardan biri də ev dustaqlığı dövründə Bakı ərazisini tərk etməməklə bağlıdır.(apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ən çox oxunanalar