Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqtonun mənbələri Surovikinin azad olunduğunu təsdiqləyib…

“Vaqner” qiyamından sonra saxlanılan general Sergey Surovikin azadlığa buraxılıb…

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti iki amerikalı məmura və Rusiya Müdafiə Nazirliyinə yaxın bir şəxsə istinadən yazır.

Qeyd edək ki, bir gün əvvəl jurnalist Kseniya Sobçak Surovikinin həyat yoldaşı ilə fotosunu dərc edib.

Vaşinqtondakı mənbə qəzetə bildirib ki, Surovikinin azadlığa buraxılmasına baxmayaraq, ona qarşı hər hansı məhdudiyyətin, o cümlədən hərəkət məhdudiyyətinin qoyulub-qoyulmadığı hələ də aydın deyil.

Nəşrin Müdafiə Nazirliyinə yaxın mənbənin sözlərinə görə, Surovikin avqustun 23-də Yevgeni Priqojinin təyyarə qəzasından bir neçə gün sonra azad edilib. Mənbə qeyd edib ki, general rütbəsini qoruyub saxlasa da, artıq orduda karyera perspektivi yoxdur.

Dünən Soçidə Putin və Ərdoğan görüşündə jurnalistlər Rusiyanın müdafiə naziri Sergey Şoyquya Surovikin haqqında sual verib. Şoyqu sualı cavablandırmasa da, bundan qısa müddət sonra Kseniya Sobçak, bazar ertəsi çəkilmiş və Surovikinin həyat yoldaşı ilə gəzdiyini əks etdirən fotonu yayımlayıb. Həmçinin axşam saatlarında “Exo Moskva” radiostansiyasının keçmiş baş redaktörü Aleksey Venediktov “Surovikinin ailəsi ilə birlikdə evində olduğunu” yazıb. Jurnalist Fəridə Rüstəmova qeyd edib ki, Sobçak fotonu jurnalistlərin müdafiə naziri Sergey Şoyqudan Surovikinlə bağlı sualından yarım saat sonra dərc edib.

Surovikin son dəfə Yevgeni Priqojinin üsyan etdiyi gecə “Vaqner”ə videomüraciət yazaraq ictimaiyyət qarşısında çıxış edib. The New York Times və The Wall Street Journal qəzetləri Qərb kəşfiyyat mənbələrinə istinadən yazıblar ki, general Priqojinin üsyanı barədə çox güman ki, əvvəlcədən xəbər tutub. Az sonra telegram kanallarında və Qərb mediasında Surovikinin saxlanması ilə bağlı xəbərlər peyda olub. Eyni zamanda bəzi KİV-lər, o cümlədən Bloomberg və Important Stories onun dindirildiyini, lakin həbs olunmadığını yazıb. The Moscow Times nəşrinin rus xidməti generalın həbs olunduğunu bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Ən çox oxunanalar