Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqtonda Zəfər Gününə həsr olunan tədbir keçirilib

ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib...

PİA.az xəbər verir ki, mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcan, xarici diplomatlar və hərbi attaşelər, ABŞ-ın beyin mərkəzlərinin təmsilçiləri və ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları iştirak ediblər.

Tədbirdə əvvəlcə AzərbaycanABŞ-ın dövlət himnləri səsləndirilib, Azərbaycanın tarixi qələbəsindən bəhs edən görüntülər nümayiş etdirilib.

C.Bayramov çıxışında tarix boyu ağır sınaqlardan çıxan Azərbaycan xalqının varlığını, ərazi bütövlüyünü qorumaq üçün hər zaman birlik və bərabərlik nümayiş etdirdiyini deyib.

Nazir Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən taptağında olan torpaqları 30 ildən sonra işğaldan qurtararaq tarix yazdığını vurğulayıb: "Azərbaycan xalqının bu ağır sınaqdan zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz Vətənə sonsuz sevgi hissidir".

Tədbirin bədii hissəsində azərbaycanlı cazmen, pianoçu, Əməkdar artist Emil Əfrasiyab və xanımı musiqiçi Leyla Babayevanın ifasında Azərbaycan müsiqiləri səsləndirilib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əli Mirəliyev: "Bilmirəm adamlara nə cavab verim"

Azərbaycanda ilk dəfə bəzi avtomobillər ucuzlaşıb

Paşinyanın helikopteri Böyük Qarakilsədə məcburi eniş etdi

"Eurolux"un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb?

Şuşa şəhərinə yeni köçürülən 32 ailəyə mənzillərin açarları təqdim edilib - Yenilənib

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - Yenilənib

30 yaşlı kişiyə ərə veriləcəyi deyilən doqquzuncu sinif şagirdi ilə bağlı rəsmi açıqlama

Azad olunan ərazilərdə yeni sərhəd zastavası xidməti istifadəyə verilib

Zelenski Rusiya ilə atəşkəsə dair danışıqlardan imtina edib

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir - Yenilənir    

Ən çox oxunanalar