Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Van İ: Çin və Avropa İttifaqı bir-birinə hörmət etməlidir

Çin və Avropa İttifaqı bərabər və praqmatik münasibətləri qorumalıdır...

Poliqon xəbər verir ki, bunu bazar ertəsi axşam Pekində Aİ diplomatik missiyasının nümayəndələri və Avropa ölkələrinin diplomatları ilə görüşündə Çinin xarici işlər naziri Van İ bildirib.

“Çin-Aİ münasibətlərinin tarixinə nəzər salsaq, aşağıdakı mühüm dərsləri öyrənə bilərik. Birincisi, qarşılıqlı hörmət qorunmalıdır. Yalnız qarşılıqlı hörmətə riayət etməklə biz bərabərhüquqlu dialoq apara və birlikdə tərəqqiyə nail ola bilərik”, ÇXR-in Xarici İşlər naziri bildirib. Məlumat Nazirliyinin saytında yerləşdirilib.

“Çin və Avropanın beynəlxalq və regional məsələlərə baxışı fərqlidir”, deyən Van İ qeyd edib ki, Çin və Aİ yalnız öz aralarında koordinasiyanı davam etdirdikləri təqdirdə dünyada sabitliyi qoruyub saxlaya və qlobal çağırışlara cavab verə biləcəklər.

Çinli nazirin sözlərinə görə, bu, hər iki tərəfin fundamental və uzunmüddətli maraqlarına uyğundur: “Biz sakit və praqmatik qalmalıyıq”, deyə nazir əlavə edib.

Van İ həmçinin Çin və Aİ üçün strateji düşüncənin vacibliyini qeyd edib:

“Çin Aİ ilə münasibətlərin inkişafına həmişə strateji nöqteyi-nəzərdən baxıb və uzunmüddətli perspektivdə biz Avropa İttifaqına çoxqütblü prosesdə mühüm qütb kimi baxırıq, Avropaya inteqrasiyanı və Avropanın strateji müstəqilliyini dəstəkləyirik”.

Poliqon.info


Etiket: Van İ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əli Mirəliyev: "Bilmirəm adamlara nə cavab verim"

Azərbaycanda ilk dəfə bəzi avtomobillər ucuzlaşıb

Paşinyanın helikopteri Böyük Qarakilsədə məcburi eniş etdi

"Eurolux"un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb?

Şuşa şəhərinə yeni köçürülən 32 ailəyə mənzillərin açarları təqdim edilib - Yenilənib

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - Yenilənib

30 yaşlı kişiyə ərə veriləcəyi deyilən doqquzuncu sinif şagirdi ilə bağlı rəsmi açıqlama

Azad olunan ərazilərdə yeni sərhəd zastavası xidməti istifadəyə verilib

Zelenski Rusiya ilə atəşkəsə dair danışıqlardan imtina edib

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir - Yenilənir    

Ən çox oxunanalar