Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ulduz Şokolad Fabriki “PRODEXPO 2017” sərgisində ölkəmizi təmsil edir


Ulduz Şokolad Fabriki “PRODEXPO 2017” Beynəlxalq Sərgisində ölkəmizi “Made in Azerbaijan” brendi ilə təmsil edir


Ulduz Şokolad Fabriki Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində təşkil olunmuş “PRODEXPO 2017” 24-cü Beynəlxalq Qida sərgisində iştirak edir.

Fevralın 10-na qədər davam edəcək “PRODEXPO 2017” Beynəlxalq Qida sərgisində ümumilikdə dünyanın 57 ölkəsindən 2178 şirkət iştirak edir. 
Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə baş tutan Beynəlxalq sərgidə ölkəmizi “Made in Azerbaijan” adı altında yalnız Ulduz Şokolad Fabriki təmsil edir. Fabrik özünün beynəlxalq standartlara cavab verən 80-dən çox yüksək keyfiyyətli məhsulları ilə sərgi iştirakçılarının böyük marağına səbəb olub. 

Ötən il ilə müqayisədə “PRODEXPO 2017” sərgisinə maraq göstərən iştirakçıların sayı 11%, ekspozisiyaların həcmi isə 12% artmışdır. 
Qeyd edək ki, 5 oktyabr 2016-ci il tarixində Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə Azərbaycan prezidenti İlham Əliyev “Made in Azerbaijan” brendi ilə bağlı fərman imzalamışdır.   

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar