Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna müharibəsində fasilə ola bilər: Tərəfdaşlarımızın arsenalı tükənmək üzrədir...

Ukraynalı poliqtoloqa görə vəziyyət mürəkkəbdir və müharibənin uzun sürə biləcəyi artıq göz qabağındadır...

"Biz mürəkkəb müharibə ssenarilərinə hazırlaşmalıyıq: o, mərhələlərlə inkişaf edə və orada fasilələr ola bilər".

Poliqon xəbər verir ki, bunu ukraynalı politoloq Vladimir Fesenko deyib.

Politoloq bildirib ki, Ukrayna müharibəsində fasilələr ola bilər və bu "xəyanət" kimi dəyərləndirilməməlidir:

"Biz buna sakit yanaşmalıyıq və xəyanət, təslim olmaq kimi qəbul etməməliyik. Biz sadəcə olaraq, resursları - insan, iqtisadi, maliyyə - bizdən bir neçə dəfə çox olan düşmənlə mübarizə aparırıq. İndi məlum olduğu kimi, tərəfdaşlarımızın arsenalları həm də tükənmək üzrədir. Mövcud müharibədən alınan dərslərdən biri budur ki, Qərbə hərbi sənayeni tez bir zamanda bərpa etmək lazımdır, çünki əks halda təkcə bizim üçün deyil, onlar üçün də problemlər yaranacaq".

Onun sözlərinə görə, vəziyyət mürəkkəbdir və müharibənin uzun sürə biləcəyi artıq göz qabağındadır:

"Bu, ssenarilərdən biridir. Biz uzun müharibəni yalnız müttəfiqlərimizin köməyi ilə davam etdirə bilərik. Əgər yardım resursları azdırsa və ya kifayət etmirsə, o zaman müəyyən fasilə verib, hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəlməli olacağıq. Yəni möhlət nəinki Rusiyaya, bizə də lazım ola bilər".

Fesenko əmindir ki, belə bir ssenari Ukrayna üçün yaxşı olmayacaq, amma ən pisi də deyil:

"Rusların gücünü toplamasının qarşısını almaq üçün bu fasilədən düzgün istifadə etməliyik. Düşmənin mühüm hədəflərini məhv etmək üçün silah və PUA-lardan istifadə etməklə diqqətimizi hərəkətlərimizin effektivliyinə yönəltməliyik. Qəribədir ki, biz sadəcə olaraq sevinirik, əslində Moskvada heç bir faydası olmayan PUA-ları işə salırıq. Biz sadəcə qorxutmaq üçün yüz minlərlə dollar xərcləyirik? Bu, effektli yox, şoumenlikdir".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Ən çox oxunanalar