Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkmənistanın keçmiş Daxili İşlər naziri rüşvətxor olduğunu etiraf etdi - Video

Türkmənistanın keçmiş Daxili İşlər naziri İsgəndər Mulikova hökm oxunub...

Lakin dövlət televiziyaları eks-nazirin hansı müddətdə azadlıqdan məhrum edilməsi barədə məlumat verməyiblər.

Həbs edilmiş keçmiş nazirin televiziya vasitəsilə görüntüləri yayımlanıb. Saçı qırxılmış və dustaq geyimində olan İsgəndər Mulikov əməllərindən peşman olduğunu bildirib:

“Mən, İsgəndər Mulikov 2009-2019-cu illər aralığında Daxili İşlər naziri postunu tutmağıma baxmayaraq, cinayətkarlığa qarşı mübarizə aparmalı olduğum halda tamah və vəzifəmdən sui-istifadə edərək rüşvət almışam, mülklər mənimsəmişəm.

Baxmayaraq ki, bizim hörmətli Ali Baş Komandan yaşamaq və işləmək üçün bütün şəraiti yaradıb, mən səhv yol seçərək böyük məbləğdə rüşvət almışam. Cinayətlərimin üstü açılandan sonra mən qanuni əsaslarla cinayət məsuliyyətinə cəlb olunmuşam. Öz günahlarımı etiraf edərək, peşman olduğumu bəyan edirəm”.

Televiziya görüntülərində İ.Mulikova məxsus külli miqdarda dollar vəsaitinin müsadirə edildiyi barədə də kadrlar göstərilib.

Qeyd edək ki, 44 yaşlı İsgəndər Mulikov 1 oktyabr 2019-cu il Milli Təhlükəsizlik Şurasının iclası zamanı Prezident Qurbanqulu Berdiməhəmmədovun qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İstanbulda qol dueli: “Beşiktaş” son saniyələrdə sevindi - Video

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Ən çox oxunanalar