Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Liviyaya hərbi yardımı hansı çərçivədə baş tutacaq?

Mövcud proseslərə baxdıqda görünür ki, 2020-ci ilin əsas mövzularından biri Liviya olacaq...

Nihad Əli Özcan

“Milliyet” qəzeti, Türkiyə, 27 dekabr 2019-cu il

Təhlükəsizlik və Hərbi Ortaqlıq Müqaviləsinin imzalanması, prezident Ərdoğanın Tunis səfəri və ilin ilk həftəsində Liviyaya əsgər göndərilməsi ilə bağlı olan qərarnamə Türkiyə Böyük Millət Məclisinin (TBMM) gələcəyi ilə əlaqəli ciddi mesajların işarəti ola bilər.

Türkiyə istər çıxışları, istərsə də həmlələri ilə Liviya məsələsində qərarlı olduğunu və risk almaqdan çəkinmədiyini göstərməkdədir. Bu çərçivədə BMT qanuni hakimiyyət kimi tanıdığı “Milli Razılaşma Hökuməti”ni hər baxımdan dəstəkləməyə davam edir.

Bu dəstəyin siyasi hədəfi Fayiz əs-Sərracın bütün ölkəyə hakim olmasını saxlamaqqdır. Əgər bu mümkün olmasa, Sərracın Həftarla eyni masaya oturub hərbi gücünü qoruması və nüfuz sahəsini genişləndirməsi nəzərdə tutulub. Ona görə də, ancaq bu iki vəziyyətdə Türkiyə Liviya ilə imzaladığı “Dəniz Səlahiyyəti Sahələri” müqaviləsini təkmilləşdirə və vətəndaş müharibəsi dönəmində ölkəyə dəyən iqtisadi zərərlərin kompensasiya olunmasını reallaşdıra bilər. Prosesə bu baxımdan yanaşdıqda Türkiyə üçün Sərrac hökumətinin siyasi, hərbi, iqtisadi və psixoloji olaraq dəstəklənməsi bir zərurətə çevrilib. 

Liviyada toqquşmaların davam etməsi Türkiyənin strategiyasını müəyyənləşdirir və Tripoliyə hərbi yardımların olunmasını zərurətə çevirir. Əgər Sərrac hökuməti kifayət qədər hərbi üstünlüyə sahib olmasa, həm öz varlığını qoruya bilməz, həm də Türkiyə siyasi hədəflərini reallaşdıra bilməyəcək. Bu əsas şərt yerinə yetirilmədən də siyasi, iqtisadi və psixoloji vasitələr də işə yaramayacaq. Çünki hərbi baxımdan məğlub olmuş, ərazilərə nəzarətini itirmiş Sərrac höküməti nə öz ölkəsinin, nə də Türkiyənin siyasi hədəflərini reallaşdıra bilməz. Bu üzdən də, Türkiyə Liviyaya hərbi yardım etməyi önə çəkir və bu məsələ qarşıdakı günlərdə Məclisə gətiriləcək.

Lakin Türkiyənin həll etməli olduğu bir çox məsələ var. Bu problemlərdən bir neçəsi Liviyanın coğrafi uzaqlığı, ölkədə davam edən vətəndaş müharibəsinin xarakteri və Liviyada öz oyunlarını quran ölkələrin sayca çox olmasıdır. Üstəlik, Türkiyə-ABŞ münasibətləri, davam edən Suriya-İraq əməliyyatları və PKK məsələsi də gözardı edilməməlidir.

Liviya ilə Türkiyənin arasında quru yolu əlaqələrinin olmaması bu hərəkatın ancaq dəniz yolu ilə reallaşacağını ortaya qoyur . Başqa sözlə, hərəkat quru, dəniz və hava qüvvələri tərəfindən birlikdə planlanıb icra edilməlidir. Bunun üçün də zamana, detallı kəşfiyyata, ciddi plana və güclü əlaqələniriməyə ehtiyac var. Həmçinin, bütün bunların böyük xərci də var.

Digər tərəfdən, Liviyada davam edən müharibənin xarakteri də gözardı edilməməlidir. Hər baxımdan sərhədlər və hədəflər qarışıqdır. Müharibəyə daxil olan müxalif ölkələrin və müharibə şəbəkələrinin çox olması ciddi bir problemdir. Tarixi təcrübələr göstərir ki, rəqabət və mübarizə sürətlə Liviyadan kənara və müxtəlif yerlərə sıçraya bilər. Məsələn, diplomatiyadan təbliğata, iqtisadiyyatdan hüquqa, təhlükəsizlikdən maliyyə bazarlarına qədər geniş bir sahəyə yayıla bilər. Yenə də Liviyanın fərqli coğrafi qurluşu, hissəli sosial strukturu və mədəniyyəti hərbi dəstəyin səviyyəsini, xarakterini və təqvimini formalaşdıracaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar