Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyənin dostu Azərbaycan, düşməni Amerikadır”

Türkiyədə maraqlı ictimai rəy sorğusunun nəticələri dərc olunub...

Yeni Akit (Türkiyə), 20.09.2019

“Araşdırma, Dəyərləndirmə, Analiz” araşdırma şirkəti (ADA) “Türkiyə gündəliyinin araşdırılması” adlı ictimai rəy sorğusunun nəticələrini dərc edib. 2019-cu ilin 19-30 avqustunda ölkənin 26 əyalətində aparılmış araşdırmanın gedişində 18 yaşdan yuxarı 1721 sakin sorğuya tutulub.

Araşdırma iştirakçılarına Türkiyənin ən önəmli məsələləri, ABŞNATO-nun mövqeyinə baxmayaraq, Rusiyadan S-400-lərin alqısı, əfv haqda qanun layihəsi, habelə iddia olunduğu kimi, yeni partiya yaratmağa hazırlaşan Davudoğlu və Əli Babacan haqda suallar verilib.

Sorğulananların 44,9%-i “Türkiyənin hansı problemi daha önəmlidir?” sualına cavab zamanı iqtisadiyyatı, 17%-i işsizliyi, 6%-i Suriya qaçqınlarını, 5,2%-i terrorizmi göstərib, 2,9% isə diqqəti demokratiya, insan haqları və ədalətə yönəldib. Sorğulananların 74,9%-i “ABŞNATO-nun mövqeyinə baxmayaraq Rusiya istehsalı S-400 HHM sisteminin alqısını necə dəyərləndirirsiniz?”sualını cavablandırarkən “dəstəkləyirəm”, 14,9%-i “dəstəkləmirəm” variantını seçib, 7,3%-i isə birmənalı cavabdan çəkinib.

Sorğulananların 94,5%-i ABŞ-ı düşmən sayır

Hansı ölkələrin Türkiyəyə dost, hansıların düşmən olduğu sualına cavab zamanı sorğulananların 94,5%-i ABŞ-ı düşmən ölkə adlandırıb. Azərbaycan 83% səs yığmaqla dost ölkələr içində birinci yeri tutub. Ardınca Rusiya (16,3%) və Çin (10,2%) qərarlaşıb.

Əfv haqda qanun parlamentin gündəliyində

“Son zamanlar əfv haqda parlamentin gündəliyində duran qanun layihəsini necə dəyərləndirirsiniz?” sualına cavablar sıradakı şəkildə bölgülənib: sorğulananların 42,3%-i qanun layihəsini dəstəkləməyib, 24,4%-i qanun layihəsini bəyənib və qeyd edib ki, belə bir qanun qəbul edilməlidir, 33,3% cavab verməyə çətinlik çəkib.

56,4% hesab edir ki, Türkiyəyə yeni partiya gərək deyil

Sorğulananların 56,4%-i “Türkiyəyə yeni partiya gərəkdirmi” sualına “yox”, 32,2%-i “bəli” cavabı verib, 11,1%-i cavab verməyə çətinlik çəkib.

Davudoğlıu, Babacan və İncə haqda sual

Sorğu iştirakçılarından habelə keçmiş baş nazir Əhməd Davudoğlu, baş nazirin keçmiş I müavini Əli Babacan və 2018-ci ildə Cümhuriyyət Xalq Partiyasından prezidentliyə namizəd Məhərərm İncəli yeni partiya yaradacağı halda onlara səs vermək niyyətində olub-olmadıqlarını soruşublar.

Sorğulananların 10%-i Babacanı, 7,3%-i Davudoğlunu, 9,5%-i İncəni dəstəkləməyə hazır olduğunu ifadə edib.

Prezidentlik sistemi haqda sual

Sorğulananların 61,5%-i “Prezidentlik sistemindən razısınızmı” sualına isə “yox”, 38,5 %-i “bəli” cavabını verib.

“Ən yaxın bazar günü seçkilər baş tutsaydı, səsinizi hansı partiyaya verərdiniz?”

İştirakçıların 37,5%-i bu sula cavab zamanı Ədalət və İnkişaf Partiyasını, 22,8%-i Cümhuriyyət Xalq Partiyasını, 11,5%-i yaradılacağı halda yeni partiyanı, 9,5%-i Millətçi Hərəkat Partiyasını, 9%-i Xalqların Demokratik Partiyasını, 7%-i İYİ Partiyanı, 0,9%-i Səadət Partiyasını dəstəkləyib.

Prezident seçkilərində kimə səs verirsiniz?”

Sorğulananların 39,1% bu suala “Rəcəb Tayib Ərdoğan”, 28,6%-i “Əkrəm İmamoğlu” (2019-cu il 27 iyundan İstanbulun meri), 8%-i “Səlahəddin Dəmirtaş” (Xalqların Demokratik Partiyasının lideri), 6,8% “Maral Akşənər” (İYİ Partiyanın sədri), 6,5%-i “Dövlət Baxçalı”, 4,2% “Əli Babacan”, 2,3%-i “Əhməd Davudoğlu”, 2%-i “Məhərrəm İncə”, 0,5%-i “Kamal Kılıçdaroğlu” cavabını verib.

Qabaqlar ADA-nın sorğusu 2019-cu il martın 31-də İstanbul merinin seçkilərində Cümhuriyyət Xalq Partiyasından Əkrəm İmamoğlunun qələbəsini ölcədən xəbər verib.(Tərcümə Strateq.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar