Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə parlament seçkilərində 3 erməni namizəd iştirak edəcək

Türkiyədə mayın 14-nə təyin edilmiş parlament seçkilərində üç erməni əsilli namizəd iştirak edəcək...

Poliqon xəbər verir ki, bu barədə Ermenihaber.am nəşrinin məlumatında bildirilir. Nəşrin məlumatına görə, onların üçü də İstanbuldandır.

Sevan Sevacoğlu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyahısında namizədliyini irəli sürür. O, ixtisasca həkimdir, İstanbuldakı “Surb Prkiç” erməni xəstəxanasında işləyir, eyni zamanda siyasi fəaliyyətlə də məşğuldur. Onun həm də AKP-nin mərkəzi icra hakimiyyətinin üzvü olduğu qeyd edilir.

Öz növbəsində Marqaret Dikmenin namizədliyi Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) siyahısındadır. O, İstanbuldan CHP üzvüdür. Onun siyasi fəaliyyəti haqqında az şey məlumdur. Sayt yazır ki, o, seçki kampaniyası çərçivəsində keçirilən görüşlərdə fəal iştirak etsə də, Dikmenin seçilmək şansı çox aşağıdır.

Üçüncü erməni namizəd isə Türkiyə İşçi Partiyasının (TİP) siyahısında namizədliyini irəli sürən yazıçı Poqos Masis Kyurkçiugildir. Onun çoxsaylı kitabların müəllifi olduğu, həmçinin “Akos” qəzeti və bir sıra digər yerli nəşrlərlə əməkdaşlıq etdiyi vurğulanır.

“Demək olar ki, üç namizəd arasında hakim AKP-nin siyahısında namizədliyini irəli sürən Sevan Sevacoğlunun seçilmək şansı ən yüksəkdir. Qeyd edək ki, milliyyətcə erməni və erməni icmasının nümayəndəsi olsa da, yumşaq desək, Karo Paylanın etdiklərini onun Məclisdə edə biləcəyini gözləmək düzgün olmazdı. Əksinə, hakimiyyətin ideologiyası və siyasətinin mənimsənilməsi onu buxovlaya, parlament tribunasından daha yumşaq və ehtiyatlı bəyanatlar verməyə vadar edə bilər”, deyə Ermenihaber.am yazır.

Bir müddət əvvəl Türkiyə parlamentinin hazırkı erməni əsilli deputatı Karo Paylan Türkiyədə keçiriləcək parlament seçkilərində namizədliyinin irəli sürülməyəcəyini bildirmişdi. Paylan parlamentdə kürd yönümlü Xalqların Demokratik Partiyasını (HDP) təmsil edir. O, seçkilərdə namizəd olmamasını partiyada mövcud qayda ilə izah edi. Partiyanın nizamnaməsinə görə HDP-dən yalnız 2 müddətə deputat seçilmək mümkündür.

Xatırladaq ki, Türkiyədə ümumi seçkilər mayın 14-nə təyin edilib. Parlament seçkilərində 26 partiya iştirak edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi

Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir - Rəsmi açıqlama

Azərbaycanın vergi-gömrük orqanlarının büdcə öhdəliyi artırılır

Türkiyə millisinin AVRO-2024 üçün heyəti açıqlandı

Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 2 milyard manatdan çox artırılır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

Azərbaycanın icmal büdcəsinin gəlirləri üzrə proqnoz 12 %, xərcləri üzrə proqnoz isə 8 % artırılır

Politoloq: Gürcüstanda inqilabı istisna etmirəm...

İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu itkin düşdü

Ən çox oxunanalar