Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə şirkəti Rusiya neftinin daşınmasında əsas oyuncuya çevrilib…

Son illərdə “Beks Ship Management” kimi türk şirkətləri Rusiya neftinin qlobal daşınmasında əsas oyunçulara çevriliblər…

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal nəşrinin araşırmasında bildirilir. Nəşr yazır ki, təkcə “Beks” Gəmi İdarəsi köhnəlmiş neft tankerləri də daxil olmaqla, 37 gəmini yarım milyard dollardan çox qiymətə alıb və öz donanmasının dəyərini 10 dəfə artırıb.

WSJ yazır ki, bu türk şirkətləri Rusiyanın bütün dünyada neft ixracını saxlamaq və müharibəni maliyyələşdirmək səylərində mühüm rol oynayır.

Başlanğıcda kiçik bir şirkət olan “Beks Ship Management”, türk tekstil maqnatı Ali Bezmekci tərəfindən təsis edilib və son iki il yarım ərzində donanmasını sürətlə artıraraq 2022-ci ildən bəri 17 gəmi alıb.

“Veson Nautical Consaltinq” firmasının məlumatına görə, şirkət hazırda 782,61 milyon dollar dəyərində 41 gəmiyə sahibdir. Şirkət bu satınalmaları Rusiyadan vəsait cəlb etmədən Fransa, Çin, Yaponiya, Tayvan və Avstraliyadakı banklar vasitəsilə satın alıb.

Şirkət ingilis hüquqşünaslarının köməyi ilə lazımi sanksiya yoxlamalarını həyata keçirəcəyini iddia etsə də, “Beks Ship Management”in gəmiləri P&I məlumat bazasında görünmür. Bunun əvəzinə “Beks”in gəmiləri Avropa bazarlarında sığortaya üstünlük verirlər. Ekspertlər qeyd edirlər ki, bu cür alternativ sığorta ümumiyyətlə daha az riskli gəmilər üçün uyğun hesab olunur və lakin bu sığortaların köhnə tankerlər üçün keçərli olub-olmaması qeyri-müəyyən olaraq qalır.

WSJ yazır ki, ABŞ Maliyyə Nazirliyi və iri gəmiçilik şirkətlərinin qiymət limitinin pozulması ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, “Beks Ship Management” və digər türk yükgöndərən şirkətlər Rusiyadan Sakit okean sahillərinə neft daşımağa davam edirlər.

WSJ qeyd edir ki , bu yolla Rusiya əsas neft bazarlarında, o cümlədən Çin və Hindistanda payını artıra bilib ki, bu da qlobal enerji təchizatının dinamikasını dəyişdirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib - Canlı yayım

Ən çox oxunanalar