Suriyanın şimal-şərqində Türkiyə ordusu ilə Əsəd qüvvələri arasında toqquşma olub...
PİA.az Modern.az-a istinadən xəbər verir ki, Tel-Tamer yaşayış məntəqəsi yaxınlığında baş verən döyüşlər zamanı 6 suriyalı hərbçi ölüb.
Bundan başqa, 14 hərbçinin də türklərə əsir düşdüyü bildirilir.
Suriya hökumət KİV-nin yaydığı digər xəbərdə isə Haseke vilayətində rusiyalı hərbi polis bölmələrinin Türkiyə ordusu tərəfindən atəşə tutulduğunu və yaralıların olduğu xəbərini yayıb.
pia.az