Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyə nəticədən asılı olaraq kəskin addımlar atacaq”


“Türkiyənin İraqın şimalındakı kürd müxtar bölgəsinin sentyabrın 25-də "müstəqillik"lə bağlı referendum keçirməsi məsələsində mövqeyi qətidir və bu qərarın ləğv olunmasını gözləyir”


Bunu "Report"un yerli bürosuna açıqlamasında Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bildirib. 

Onun sözlərinə görə, İraqın şimalındakı kürd müxtar bölgəsinin başçısı Məsud Bərzani odla oynayır: "Bu od hər kəsi yandıracaq. Təbii ki, İraqın şımalında yaşıyan kürdlərə daha çox ziyan vuracaq. Ona görə də referendum keçirmək israrlarından əl çəkməyə çağırırıq".

B.Bozdağ deyib ki, referendum qərarı İraqın təhlükəsizliyinə böyük zərbədir: "İraqda yalnız kürdlər yaşamır, burada türkmənlər və digər etniklər də var. Ona görə də belədə İraqda yaşayan hər kəsin həyatı təhlükə altındadır. Bu qərar Məsud Bərzaninin də xeyrinə olmayacaq. Türkiyə bu məsələdə ilk gündən öz mövqeyini ortaya qoyub. Sadəcə Türkiyə deyil, İran, Avropa ölkələri, BMT-də belə bir referendumun keçirilməsinə qarşıdır. 

Ümumiyyətlə, İraqda cərəyan edən bütün hadisələr Türkiyənin beynəlxaq təhlükəsizliyini təhlükə altına qoyur. Ona görə də referendum məsələsinə çox həssas yanaşırıq. Sentyabrın 22-də Ankarada Türkiyə Milli Təhlükəsizlik Şurasının və Nazirlər Kabinetinin iclası keçiriləcək, qərarlar qəbul olunacaq. Türkiyə hər cür addıma qarşı alternativlər hazırlayacaq, çünki ölkənin sabitliyini qoruya bilmərik. Bizim mövqeyimiz qətidir, referendum qərarının ləğvini gözləyirik. Türkiyə nəticədən asılı olaraq kəskin addımlar atacaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar