Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə hakimiyyəti müxalifətin erkən seçki tələblərini rədd edib...

Türkiyə hakimiyyəti müxalifətin növbədənkənar prezident seçkiləri ilə bağlı tələbini rədd edib...

Türkiyə hakimiyyəti müxalifətin bələdiyyə seçkilərinin nəticələrinə əsasən növbədənkənar prezident seçkilərinin keçirilməsi tələbini rədd edərək, bu tələbi “boş vədlər və spekulyasiya” adlandırıb.

Poliqon xəbər verir ki, bunu prezidentin baş müşaviri Mehmet Uçum deyib.

“Bələdiyyə seçkilərində əldə etdiyi səslərə əsasən növbədənkənar ümumi seçkilərə ümid edənlər edənlər vaxtlarını itirməməlidirlər. Türkiyə 2028-ci ilə qədər seçkisiz dörd il ərzində bütün sahələrdə islahatlar aparacaq”, deyə Ərdoğanın müşaviri bildirib.

Uçum onu da vurğulayıb ki, müxalifətin bələdiyyə seçkilərinin nəticələri ilə bağlı seçki keçirmək üçün hətta “arqument qurması” da mümkün deyil. O, əlavə edib ki, hətta parlamentli respublikalarda belə praktika nadirdir və onun həyata keçirilməsi çox vaxt aparır.

Qeyd edək ki, Türkiyədə Rəcəb Tayyib Ərdoğannın liderlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) bələdiyyə seçkilərində məğlub olaraq ikinci yeri tutub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

Ən çox oxunanalar