Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk Dünyası Birinci Qurultayı işə başladı

Bu gün Ankarada Türk Dünyası Birinci Qurultayı işə başlayıb

Qurultayın başlanğıcında Ərgənəkon canlandırılıb: dəmir döyülüb, tonqal qalanıb.

Qurultayın təşkilatçısı olan Turan Milli Türk Sivilizasiyası, Cəmiyyətin Mədəni və Təhsil Cəmiyyətinin rəhbəri Dərviş Rəcəb Var türk xalqlarının birliyindən bəhs edib.

Azərbaycan bu tədbirdə Diasporlarla iş üzrə dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev və millət vəkili Adil Əliyev tərəfindən təmsil olunub.

Qurultayda çıxış edən V.Haciyev bildirib ki, bu qurultayın reallaşması prezidentlər İlham ƏliyevRəcəb Tayyib Ərdoğanın dostluğunun və Azərbaycan-Türkiyə birliyinin göstəricisidir.

Millət vəkili A.Əliyev çıxışında deyib ki, bəzi qüvvələr bu qurultayın baş tutmasına mane olmaq istəsə də, başda Azərbaycan olmaqla, türk xalqlarının nümayəndələri onun gerçəkləşməsinə nail olub.

Qurultayda Balkan, İran, Yunanıstan, Dağıstan, İraq, Əfqanıstan, Suriya, Ahıska türklərinin nümayəndələri də çıxış edərək, Turan birliyinin vacibliyindən danışıblar. (ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

Ən çox oxunanalar