Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Turistlər bütün dünyada qiymətlərin artmasından şikayətlənirlər

Turistlərin xərcləri artıb

"Transwise" maliyyə şirkətinin analitikləri bu qənaətə gəliblər ki, turistlər arasında populyar olan 100-dən çox ölkədə turistlərin xərcləri artıb. Araşdırmanın nəticələri Almaniyanın "FVW" nəşrində dərc edilib.

Pia.az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislər dünyanın 139 ölkəsində avropalı səyahətçilərin xərclərini keçənilki göstəricilərlə müqayisə ediblər. Nəticə heç də təsəlliverici olmayıb. Dövlətlərin əksəriyyətində turistlərin xərcləri artıb. Bu artım həm valyuta məzənnələrinin dəyişməsi, həm də inflyasiya ilə bağlıdır.

139 ölkədən 105-də səyahətçilər daha çox pul xərcləməyə başlayıblar. Yalnız 34 ölkədə qiymətlərin azalması qeydə alınıb.

Ən çox artım Misirdə müşayiət olunur. Son bir ildə buraya gələn turistlər 26,8 faiz çox xərcləməli olur. Meksikada 11,4 faiz. Kubada 10,4 faiz, Filippində 8,8 faiz, Tailandda 7 faiz, Yaponiyada və Braziliyada 6,5 faiz, ABŞ-da 6 faiz, Bolqarıstanda 3,5 faiz, Macarıstanda 2,9 faiz, Polşada 2,6 faiz qiymət artımı qeydə alınıb.

"Transwise" şirkətinin hesablamalarına görə, Rusiyaya səyahət 4,2 faiz bahalaşıb. Eyni zamanda, bəzi ölkələrdə istirahət xərcləri azalıb. Argentinada bu göstərici 8,8 faiz, İslandiyada 8,4 faiz, Avstraliyada 3,4 faiz, Türkiyədə 2,1 faiz həddindədir.

"Lonely Planet" resursu bu il yay fəslində ailəvi səyahət üçün ən münasib istiqamətləri müəyyən edib. "Şəhər istirahəti" kateqoriyasında Mərakeşin qərbində yerləşən Mərrakeş şəhəri liderdir. Qədim və müasir memarlıq nümunələrinin uğurla birləşdiyi bu şəhərin otellərində istirahət günlərində qalmaq üçün ən ucuz ailəvi nömrələrin qiyməti 266 avroya bərabərdir. Nahar üçün orta hesabla 2,24 avro, yerli nəqliyyatda gediş haqqı kimi isə 0,37 avro ödəmək lazım gələcək.

İstanbul və Afina şəhərləri də turistlərin büdcəsinə münasib şəhərlər siyahısına düşüb. Çimərlik istiqamətləri arasında qiymətin və keyfiyyətin ən yaxşı nisbəti baxımından ilk beşliyə Dubay, Antalya, Türkiyənin Marmaris kurortu, habelə Yunanıstanın Krit və Rodos adaları daxildir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Ən çox oxunanalar