Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampla Putinin görüşündən nə gözləmək olar?


“Vladimir Putin kimi, Donald Tramp da hesab edir ki, əgər Rusiya-ABŞ arasında son münaqişənin nəticələri aradan qaldırılmasa da, 2018-ci il iyulun 16-da onlar arasında görüş baş tuta bilər və liderlər beynəlxalq arenada birgə oyunlarının dəqiq qaydalarını müəyyən edəcəklər”


Bu fikirləri Oxu.Az-a açıqlamasında tanınmış rusiyalı bloqer, siyasi analitik Denis Korkodinov deyib. 

Onun sözlərinə görə, yəqin ki, liderlər Yaxın Şərqdəki fəaliyyətləri məsələsində ciddi narahatlıqlarla qarşılaşacaqlar. 

“Buna görə onların dünya siyasətindəki istənilən hadisəyə mümkün reaksiyaları ilə bağlı ciddi alqoritmin hazırlanmasına ehtiyacı var. Bu, onlara müəyyən mərhələdə bir-birilərinin potensial addımlarını hesablamaqda yardımçı olacaq.

Vaşinqton hər zaman autsayder rolunu oynayır, baxmayaraq ki, o, Suriya layihəsinin reallaşdırılması və mümkün nəticənin əldə olunması üçün maliyyə, kadr və texniki resurslarından kifayət qədər istifadə edib. 

Rusiya bundan sonra da Yaxın Şərqdə güc üstünlüyünə malik olmaq üçün İran və Türkiyənin maraqlarını Suriyaya yönəldəcək, eləcə də, Vaşinqtona təzyiqlərini davam etdirəcək”, - o bildirib.

Analitik əlavə edib ki, Donald Tramp administrasiyasının əsas narahatlığı Vladimir Putinlə anlaşılmazlığın olmasıdır. 

“O, bu problemi həll etməyə çalışır, çünki istənilən fikir ayrılığı gələcək siyasi fəaliyyətlə bağlı sistemli səhvlərə, hərbi-diplomatik insident yaranmasına gətirib-çıxara bilər. Bundan başqa, Putinlə görüş zamanı Tramp Moskvaya qarşı dəyişməz münasibəti ilə bağlı amerikalı elektoratları məlumatlandıra bilər”, - ekspert hesab edir. 

Ekspert vurğulayıb ki, ABŞ prezidenti Vladimir Putinlə münasibətləri yaxşılaşdırmaq niyyətindədir, ancaq onun tərəfdarlarının əksəriyyəti Rusiya ilə “soyuq müharibə”nin saxlanılmasını dəstəkləyir. 

Onun sözlərinə görə, Rusiya-ABŞ arasındakı görüşlərdən sıçrayış gözləmək yanlışdır. 

“Eyni zamanda, Vladimir Putin də Donald Trampla görüşdə “sensasiya” yaratmaq fikrində deyil. Liderlərin görüşünün təşkil olunduğu yer də simvolik xarakter daşıyır”, - analitik deyib. 

Bloqer 1975-ci ildə Helsinkidə ABŞ prezidenti Cerald Ford ilə Leonid Brejnevin görüşünü xatırlayıb. 

“O zaman tərəflər nüvə təhdidinin qarşısının alınması barədə razılığa gəliblər. Bununla əlaqədar, istisna deyil ki, Putin və Tramp arasında keçiriləcək görüşdə də liderlər iki ölkənin nüvə potensialı ilə bağlı məsələni müzakirə edəcəklər”, - Korkodinov qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Bakıda zülmətə qərq olan yol təhlükə saçır - Video

Ən çox oxunanalar