Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın müşaviri: “COVID-19 vaksinini birinci biz hazırlayacağıq”

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Robert O Brayen hesab edir ki, Birləşmiş Ştatlar dünyada birinci olaraq COVID-19 əleyhinə vaksini hazırlayacaq...

 

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Müşavirə "Meet the Press" proqramının efirində Çinin vaksini birinci hazırlamaq imkanı haqqında sual verilib. "Mən düşünürəm ki, bu məsələdə Amerika lider olacaq", - Trampın müşaviri cavabında bildirib.

Cons Hopkins Universitetinin son məlumatına görə, ABŞ-da koronavirusa yoluxanların sayı 1,6 milyonu ötüb, ölkədə COVID-19-a yoluxmuş 97 mindən çox insan ölüb. Birləşmiş Ştatlarda virusa yoluxmuş 361 min nəfərdən çox insan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada indiyədək koronavirus infeksiyasına yoluxanların sayı 5,4 milyonu ötüb. Bunların 2,2 milyon nəfərdən çoxu sağalıb, 344 mindən çox insan ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

pia.az


Etiket: vaksin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

Azərbaycan Qran-prisi: "Formula 1"də ilk sərbəst yürüş başa çatıb, Ferstappen birinci olub - Yenilənib

İsmayıl Haniyənin ölümü İranın maraqlarına uyğun olub?

Kreml Ərdoğanın Krımla bağlı mövqeyinə münasibət bildirib

Ermənistan Hindistandan ATAGS artilleriya qurğularını alır... - Paşinyan əslində nə istəyir?

Şamaxıda ər-arvad bıçaqlanıb, biri ölüb: cinayət işi açılıb - Yenilənib

Bu məzarlıqda azərbaycanlı iş adamının 6 milyon dollarını və 6 kq qızılını axtarırlar

Ən çox oxunanalar