Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın milyardları əriyir - onun dəbdəbəli həyatı keçmişdə qalır...

Donald Tramp hələ də milyarder qalmaqda davam edir, lakin prezidentliyi zamanı onun maliyyə imperiyası xeyli sarsılıb.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Focus” jurnalında maraqlı yazı dərc olunub.

Yazıda keçmiş prezidentə qarşı maliyyə maxinasiyaları ilə bağlı açılan yeni işlərin onu təkcə bir çox əmlakdan deyil, hətta azadlığından məhrum edəcəyi iə bağlı iddialara yer verilib.

“Trampın eqosunu aşan tək şey onun ticarət qabiliyyəti, habelə hakimyyət və pul hərisliyidir”,-deyə müəllif Liza Rokar qeyd edib.

Hazırda Birləşmiş Ştatların sabiq dövlət başçısının sərvəti 2,5 milyard dollar məbləğində dəyərləndirilir ki, bu da onu varlı amerikalılar arasında “Forbes” reytinqinə görə 339-cu sıraya gətirir. Yeri gəlmişkən Donald Tramp ötən ilki sıralamayla müqayisədə 64 pillə geriləyib.

Liza Rokarın fikrincə, burada əsas səbəblərdən biri kimi koronavirus pandemiyasını göstərmək olar. Belə ki, ABŞ-da baş verən iqtisadi duğunluq Nyu York kimi meqapolisdə bir çox ofis və mənzillərin boşalmasına gətirib çıxarıb. Kirayə haqlarının dəyəri isə 19% azalıb. Bütün bunlar əmlak kralının vəziyyətinə ciddi təsir göstərib.

Elə onun Vaşinqton və Çikaqodakı daşınaz əmlaklarında da vəziyyət o qədər də ürəkaçan deyil. “Forbes” jurnalının hesablamalarına görə, onun Mayamidəki qolf-klubu öz dəyərini 80% itirib.

Bütün bunlarla yanaşı, Donald Trampın siyasi arenada işləri yaxşı getmir. Tərəfdarlarının bu ilin yanvar ayının 6-da ABŞ Konqresinin binasını basmasından sonra Nyu-York administrasiyası onunla bir biznesmen kimi münasibətlərinə son verdiyini açıqlayıb. Bundan başqa, Trampın plazalarında ofis icarəyə götürən şirkətlər də bununla bağlı sazişlərinə son verməyə başlayıb.

Bütün bunlar yetməzmiş kimi ABŞ prezidentinn başı vergi orqanları ilə bəlaya girib. Prokurorluq onu bəzi obyektlərni satmaq üçün xüsusi hiyləgərliklə onların qiymətini qanunsuz olaraq dəfələrlə qaldırmasından, az vergi ödəməkdən ötrü isə onların dəyərini kiçiltməsindən şübhələnir.

“Lakin Tramp həmişə müvəffəqiyyətsizlikdən qorxmayan və gələcəyə nikbinliklə baxan biznesmenlərdən sayılıb. O, vaxtilə “Playboy” jurnalına verdiyi müsahibədə özünü öyərək belə cümlələr sərf edib: “Bəzi adamlar ancaq varlı olmaq üçün yaranıb. Məsələn bəzilərinin piano çalmağa bəzilərinin isə qolf oynamağa istedadı var, mən isə pul qazanmaq sahəsində fitri qabiliyyətə malikəm”,-deyə yazıda qeyd olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Rusiya bazarında satılan erməni konyaklarının 90 faizi təhlükəlidir

Ən çox oxunanalar