Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın impiçment proseduru - Dünya birjalarında böhran yaşana bilərmi?

İqtisadçı-ekspert: “Birjalar impiçment prosedur qaydalarının zaman almasını və uzun çəkməsini nəzərə alarırlar”

“Əslində Demokratlar impiçment məsələsini daim gündəmdə saxlamaqla növbəti seçkilərdə Trampın nüfuzuna ciddi xələl gətirilməsi və seçkilərdə öz qələbələrinin təmin olunması ilə bağlı addımlar atır”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli dünəndən ABŞ prezidenti Donald Trampın impiçment məsələsinin yenidən gündəmə gəlməsini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ Nümayəndələr Palatası prezident Donald Trampa qarşı impiçment proseduruna başlayıb. Bunu Nümayəndələr Palatasının spikeri Nensi Pelosi açıqlayıb. O, vurğulayıb ki, Amerika prezidenti də daxil olmaqla heç kim qanundan üstün ola bilməz.

Qeyd olunub ki, bundan əvvəl ABŞ tarixində impiçment proseduru cəmi üç dəfə həyata keçirilib.

İmpiçment qaydalarına görə, prosedur federal işçilərin, o cümlədən ABŞ prezidentini vəzifədən uzaqlaşdırmaqla “dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayət və qanun pozuntularında” ittiham edərək mühakimə edilməsini nəzərdə tutur.

Daha əvvəl isə Donald Tramp özü ona qarşı impiçment elan edəcəkləri halda, maliyyə bazarlarının çökəcəyi barədə xəbərdarlıq etmişdi. Trampın impiçment məsələsi nə qədər ciddi qəbul oluna bilər və dünya birjalarının bu prosesə reaksiyasından hər hansı böhranın yaranacağını ehtimal etmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərliyə müraciət edib.

Natiq Cəfərli: “Seçkilərə bir il zaman qalıb və impiçment məsələsi fəaliyyətə keçsə belə, bunun Trampın prezidentlik müddətinin sonuna qədər bitməsi çox şübhəli görünür”.

Trampın impiçment proseduruna start verilməsi üçün xüsusi prokuror təyin edilməli olduğunu xatırladan iqtisadçı-ekspert bildirib ki, xüsusi prokrorun da çox ciddi şəkildə araşdırma aparmasına ehtiyac var:

“Trampın impiçment prosedurunun birjalara təsiri prosesin hansı yöndə inkişaf etməsindən asılıdır. Hələlik prosedurun başlanması ilə bağlı demokratların, ABŞ parlamentinin təmsilçisinin bir çıxışı olub. Amma ABŞ-da hüquqi prosedurlar, qaydalar o qədər qəliz və dəqiq işlənilir və buna zaman lazımdır. Hər şeydən əvvəl Trampın impiçment proseduruna start verilməsi üçün xüsusi prokror təyin edilməlidir. Xüsusi prokrorun da çox ciddi şəkildə araşdırma aparmasına ehtiyac var.

Əgər məsələ bu mərhələyə qədər gedib çıxsa, bu dünya bazarına, əsasən də ABŞ-ın fond birjasına mənfi təsir göstərəcək. Yəni bu məsələ birjalarda səhmlərin, aksiyaların və bir çox məhsulun qiymətlərinin düşməsinə səbəb ola bilər.

İndiki halda hələ ki, birjalar sakit reaksiya göstərir. Çünki bundan öncə də Trampa qarşı impiçment məsələsi, yəni Rusiya ilə əlaqələ impiçment proseduru başlamışdı. Xüsusi prokror da təyin olunmuşdu. Amma heç bir nəticə əldə olunmadı.

Natiq Cəfərli: “Çox qısa zamanda bu araşdırmalar başlanıb tamamlansa, bu zaman birjalarda qısa müddətli də olsa, ciddi çöküşlərin yaşanması ehtimalı daha yüksəldir”.

Bunu da nəzərə almaq lazımdır ki, bir ildən sonra ABŞ-da prezident seçkiləri keçiriləcək. Prezident seçkilərinin də startı verilib. Birjalar impiçment prosedur qaydalarının zaman almasını və uzun çəkməsini nəzərə alarırlar. Yəni onsuz da seçkilərə bir il zaman qalıb və impiçment məsələsi fəaliyyətə keçsə belə, bunun Trampın prezidentlik müddətinin sonuna qədər bitməsi çox şübhəli görünür.

Xatırladım ki, Rusiya ilə bağlı impiçment məsələsi 2 il yarım vaxt apardı. 2 il yarımdan sonra xüsusi komissiya öz rəyini bildirdi. İndi də xüsusi komissiya yaradılsa, xüsusi prokror təyin olunsa, buna ən azı bir ildən çox vaxt sərf olunacaq. Bu da artıq seçki dönəminə düşür.

Əslində Demokratlar partiyası impiçment məsələsini daim gündəmdə saxlamaqla növbəti seçkilərdə Trampın nüfuzuna ciddi xələl gətirilməsi və seçkilərdə öz qələbələrinin təmin olunması ilə bağlı addımlar atır. Yəni impiçment məsələsi daha çox hüquqi yox siyasi gedişdir. Buna görə də hələ ki, birjalar bu məsələyə sakit reaskiya verir. Amma dediyim kimi daha ciddi addımlar atılsa, hətta çox qısa zamanda bu araşdırmalar başlanıb tamamlansa, bu zaman birjalarda qısa müddətli də olsa, ciddi çöküşlərin yaşanması ehtimalını daha yüksəldir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar