Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampa qarşı tezliklə ittihamlar irəli sürülə bilər...

ABŞ federal prokurorları keçmiş prezident Donald Trampa məktub göndərərək, ona qarşı cinayət təhqiqatının aparıldığını bildiriblər...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Nəşr hesab edir ki, Trampa bildiriş ABŞ-ın xüsusi müşaviri Cek Smitin eks-prezidentə qarşı rəsmi ittiham irəli sürməsinə bir addım qalmış olduğunu göstərən aydın siqnaldır. İstintaq Trumpın şəxsi mülkündə gizli sənədləri gizlətməsindən və federal hakimiyyət orqanlarının onlara giriş əldə etməsinə mane olmasından şübhələnir.

Nəşrin məlumatına görə, son həftələrdə Cek Smitin təşəbbüsü ilə eks-prezidentin ətrafından bir neçə nəfər sənədlərin gizlədilməsi işini araşdıran böyük münsiflər heyəti qarşısına çıxıb. Onların arasında Donald Trampın vəkillərindən biri Evan Korkoran, həmçinin eks-prezidentin keçmiş mətbuat katibi Teylor Budoviç də var. Nəşr qeyd edir ki, bu, həm də Trampa qarşı tezliklə ittihamların irəli sürülməsinə işarə edir.

ABŞ-ın eks-prezidenti artıq bir neçə cinayət işi üzrə istintaq altındadır. Xüsusilə, aprel ayında Tramp 34 epizod üzrə birinci dərəcəli biznes sənədlərini saxtalaşdırmaqda ittiham olunub. Prokurorların fikrincə, saxtakarlığın məqsədi 2016-cı il prezident seçkilərində Trampın qələbəsinə mane ola biləcək məlumatları gizlətmək olub. Bu iş üzrə məhkəmə 2024-cü ildə başlayacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

Ən çox oxunanalar