Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampa qarşı məxfi təhqiqatın protokolları açıqlandı – 6 min səhifəlik sənəddə nələr var?

ABŞ-da Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə dair təhqiqCNN-nin xüsusi buraxılışında bildirilir ki, ABŞ Nümayəndələr Palatasının komitəsi öz saytında 2017-2018-ci illərə aid 57 dindirmə protokolunun stenoqramını dərc edib...

Ümumilikdə 6 min səhifəlik sənəd açıqlanıb. Bu dindirmələr qapalı rejimdə keçirilirdi. Konqresin Kəşfiyyat Komitəsinin sədri Adam Sçif bu barədə deyib: "Dərc edilmiş stenoqramlar Tramp kampaniyasının 2016-cı ilin seçkisi zamanı Rusiyanın köməyə cəlb edilməsi, ondan istifadə və bunun gizlədilməsi istiqamətində səylərini təfərrüatlışəkildə təsvir edir”.

Müstənqitiqlər tərəfindən dindirilənlərin arasında Trampın oğlu Donald Tramp, kürəkəni və baş müşaviriJared Kuşner və seçki qərargahının əməkdaşı Mixael Kaputo da daxil yaxın çevrəsindən çox sayda rəsmilər var. Onlar dindirmə zamanı Ağ Evin hazırkı sahibi ilə Kreml arasında hər hansı sövdələşmənin olduğunu inkar ediblər.

Kuşner müstəntiqlə söhbətinin bir məqamında Rusiya müdaxiləsinin seçki nəticəsinə təsiri olub-olmadığını bilmədiyini deyib.

O həmçinin Demokrat Partiyasının serverlərinə və namizəd Hillari Klintonun şəxsi poçtuna haker hücumunun da seçki nəticələrinə nə kimi təsir göstərdiyini bilmədiyini söyləyib.

Bu dindirmə zamanı Trampın böyük oğlu rusiyalı vəkilNatalya Veselnitskaya ilə guya Klintonu gözdən salacaq informasiya üçün görüşdüyünü deyib. Prezident oğlu bu informasiyaya çox da etibar etmədiyini, lakin vəkili dinləməyə hazır olduğunu deyir. O bu görüşü hər hansı bir dostla işdən sonra pivə içməyə bənzədir.

Kaputo isə dindirmə zamanı deyib ki, prezident Tramp öz seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafortla hər gün təmasda olub. Halbuki Tramp öz kampaniya rəhbərini yaxşı tanımadığını dəfələrlə bəyan etmişdi. Manafort hazırda çirkli pulların yuyulması və ABŞ-a qarşı qəsd ittihamları ilə həbsxana cəzasıçəkir.

Protokollar Trampın milli təhlükəsizlik müşaviriMixael Flinə qarşı cinayət işinə xitam verildiyi bir vaxtda təsadüf edir.

Flin 2017-ci ildə vitse-prezident Mayk Pensəözünün Rusiya səfiri Sergey Kislyakla danışıqları barədə yanlış məlumat verdiyinə görə vəzifəsindən kənarlaşdırılmışdı. Flin bu barətədə FTB-yə də yanlış məlumatlar vermişdi. Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Flinə qarşı cinayət işinə xitam verilməsini siyasi motivli hərəkət adlandırıb. Tramp Flini “günahsız adam” adlandırır və keçmiş prezident Barak Obamanın administrasiya rəsmilərini keçmiş milli müşavirə qarşı təqibdə ittiham edirdi.

2019-cu ilin martında ABŞ xüsusi prokuroru Robert Müller Rusiyanın 2016-cı il ABŞ seçkisinə mümkün müdaxiləsinin araşdırmasını başa çatdırıb. Onun ikiillik təhqiqatı Rusiyanın ABŞ seçki sistemini təsirləndirmək cəhdlərinin olduğunu aşkara çıxarıb.

Bununla belə müstəntiqlər Donald Trampın seçki kampaniyası ilə Kreml arasında sövdələşmənin olduğuna dair kifayət qədər dəlil tapa bilməyiblər. Təhqiqatın hesabatına görə Müllerin özü də bu məsələ barədə qəti nəticəyə gəlməyib. O Trampıədalətin qarşısını almaq ittihamıüzrə nə təqsirli bilib, nə də təmizəçıxarıb.

ABŞ kəşfiyyat orqanlarının gəldiyi nəticəyə görə Demokrat Partiyasının serverlərinə hücumun arxasında Rusiyanın xüsusi xidmətləri dayanmışdı.

Hakerlərin adları açıqlanmırdı. Lakin demokratların kirayələdiyi Krovdstrike təhqiqat firmasının gəldiyi nəticəyə görə bunlar Rusiya Federal Təhlükəsizlik Xidmətinə bağlı idilər və serverlərə hələ 2015-ci ildə yol tapmışdlar. Moskva hakerlərlə hər hansı bağlılığını inkar edir. (azadliq.org)

pia.az


Etiket: Tramp ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Ən çox oxunanalar