Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp qanunsuz mühacirləri dərhal ölkədən qovmağa çağırdı

"Bizə Amerikanı daha da möhtəşəm edəcək insanlar lazımdır"


ABŞ prezidenti qanunsuz mühacirlərin dərhal deportasiyasına çağırıb.

 Donald Tramp bildirib ki, bu insanların ölkəmizi işğal etməsinə imkan verə bilməz. Bizə Amerikanı daha da möhtəşəm edəcək insanlar lazımdır.  “Sistemimiz yaxşı mühacirət, qanun və nizama ziddir”- deyə Tramp Twitter hesabında yazıb.

ABŞ dövlət başçısı deyib ki, mühacirət qanunları dünyada rişxənd edilir, bu, qanuni yolla mühacirət etmək üçün illərlə gözləyən insanlara qarşı ədalətsizlikdir. Tramp bildirib ki, ABŞ-a daxil olanlar dərhal məhkəməsiz ölkədən çıxarılmalıdır. Amerikada illərdir Meksika və Mərkəzi Amerikadan gələnlərin məhkəmələri keçirilir. Trampın leqal sistemi dayandırmaq tələbi Konqresdə kəskin etirazlara yol aça bilər. Qanunvericilərin mühacirət siyasətinin dəyişdirilməsi səyləri illərdir dalana dirənib.
Bundan əvvəl prezident müxalif demokratları mühacirət siyasətinə görə tənqid etmişdi. “Demokratlar, qanunları düzəldin. MÜQAVİMƏT göstərməyin” – deyə, Tramp Twitter-də yazıb. O, administrasiyasının yaxşı iş gördüyünü deyərək, daha əvvəlki prezidentlər – Corc BuşBarak Obamanın qanunsuz mühacirətə nəzarət siyasətini qınayıb.

ABŞ lideri sərhədlərin mühafizə edilməli olduğunu vurğulayıb. O deyib ki, bizə Amerikanı daha da möhtəşəm edəcək insanlar lazımdır. “Güclü sərhədlər, cinayətə yox!”- Tramp yazıb.(Amerikanın səsi)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar