Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp ətrafında daralan çəmbər – Eks-prezidenti həbs gözləyir...

Andçıların Böyük Jürisi Trampa qarşı ittiham irəlü sürülməsinə səs verdikdən sonra ABŞ-ın 45-ci prezidentinin taleyi necə olacaq?..

Poliqon xəbər verir ki, dünən ABŞ-da eksprezident Donald Trampa qarşı ittihamirəlü sürmək üçün Andçıların Böyük Jürisi səs verib və artıq Amerika tarixində ilk dəfə bir prezidentə və yaxud eks-prezidentə qarşı cinayət işi açılacaq.

Qeyd edək ki, Nyu-Yorkun Manhetten məhkəməsi Trampın onunla cinsi əlaqədə olması ilə bağlı susması üçün porno aktrisa Stormi Danielsə 130 min dollar ödəməsi ilə bağlı iddiaları araşdırır. Bu faktları 2018-ci ildə Trampın o zamankı vəkili Koen təsdiqləyib və hazırda Stormi Danielsə pul verdiyi üçün həbsxanadadır. Lakin həmin vaxt prezident olan Trampa qarşı irəlü sürülməməişdi.

Tramp daha əvvəl Danielslə hər hansı əlaqəni inkar etmişdi. O, həmçinin bildirib ki, bu iş yalnız onun 2024-cü ildə prezidentliyə namizəd olmaq siyasi niyyəti ilə bağlıdır.

Məsələ ilə bağlı The New York Times qəzeti yazıb ki, Nyu-York münsiflər heyətinin ABŞ-ın keçmiş prezidenti Donald Trampı ittiham etmək üçün səs verdiyini təsdiqlənib: “Manhetten Donald Trampı ittiham etmək üçün səs verib. Bu, Amerika tarixində ilk dəfədir ki, indiki və ya keçmiş prezident cinayət məsuliyyətinə cəlb olunacaq", deyə qəzet bildirib.

Bəzi analitiklər qeyd edirlər ki, bu görünməmiş qərar Amerikanın siyasi sistemini sarsıda bilər.

Bununla belə, Tramp artıq cinayət ittihamlarına baxmayaraq, qarşıdan gələn 2024-cü il prezident seçkilərində iştirakını davam etdirəcəyinə söz verib.

Trampın ətrafı isə ittihamlardan sonra eks prezidentin şok yaşadığından danışıb. CNN-in məlumatına görə, Donald Trampa yaxın mənbə jurnalistlərə eks-prezidentin ona qarşı irəli sürülən ittihamlara necə reaksiya verdiyini deyib. “O (Donald Tramp - red.) bu gün şokda idi? Lənət şeytan", deyə mənbə bildirib.

Tramp özü də ona qarşı irəli sürülən ittihamlara münasibət bildirib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Böyük Jürinin ona qarşı irəli sürdüyü ittihamları dəyərləndirən bəyanat verib.bəyanat yayıb. “Bu, tarixin ən yüksək səviyyədə siyasi təqib və seçkilərə müdaxilədir”, deyə eks-prezidentin bəyanatında deyilir.

Yaxın günlərdə isə Tramp ittihamlarla üzləşmək üçün məhkəməyə gələcək. The New York Times qəzeti öz mənbələrinə istinadən yazır ki, Manhetten dairəsinin prokurorluğu yaxın günlərdə ABŞ-ın keçmiş prezidenti Donald Trampdan ittiham irəli sürmək üçün məhkəməyə gəlməsini tələb etməyi planlaşdırır.

“İttiham yaxın günlərdə açıqlanacaq. O vaxta qədər rayon prokurorluğu Trampdan naməlum qalan ittihamları irəli sürmək üçün məhkəməyə gəlməsini tələb edəcək”, deyə qəzet yazır.

CNN Trampın gələn həftənin əvvəlində hakim qarşısına çıxarılacağın istisna etmir. Telekanalın məlumatına görə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəkili Co Takopina müvəkkilinin rəsmi ittiham irəli sürmək üçün çağırılacağı ehtimal olunan tarixi açıqlayıb.

“Tramp yəqin ki, gələn həftənin əvvəlində ittihamlarla üzləşmək üçün məhkəmə qarşısına çıxacaq”, deyə Trampın vəkili bildirib.

Baş verənlərin fonunda isə Tramp ABŞ-ın “üçüncü dünya ölkəsinə” çevrilməsindən şikayətlənib. ABŞ-ın keçmiş prezidenti sosial şəbəkədə ona qarşı irəli sürülən ittihamlarla bağlı vəziyyəti şərh edən bəyanat yayıb.

Siyasətçinin fikrincə, Nyu-Yorkda Manhetten dairəsinin münsiflər heyətinin qərarı “Amerikaya qarşı əvvəllər görülməmiş hücumdur”.

“Bu... radikal solun canavarları indicə ABŞ-ın 45-ci prezidentini və... 2024-cü il prezident seçkilərində Respublikaçıların aparıcı namizədini ittiham etdilər... Bu, bizim bir vaxtlar azad və ədalətli seçkilərimizə hücumdur. ABŞ ciddi tənəzzülə uğrayan üçüncü dünya ölkəsinə çevrildi”, dyə Tramp yazıb.

Xülasə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar