Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil Nazirliyinin uşaq bağçalarında apardığı monitorinqlər başa çatıb

Təhsil Nazirliyinin məktəbəqədər təhsil səviyyəsi (uşaq bağçaları) üzrə apardığı monitorinqlər başa çatıb. Artıq 1 680 bağçada ilkin vəziyyətin necə olması barədə məlumatlar var”.

Bunu təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhər 9 nömrəli tam orta məktəbdə STEAM mərkəzinin açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda bir çox bölgələrdə auditlər həyata keçirilir: “Nəticəyə uyğun olaraq müvafiq intizam tənbeh tədbirlərinin görülməsi və ciddi məqamlarla bağlı da ictimaiyyətə məlumatlar veriləcək. Uşaq bağçaları ilə bağlı bir neçə istiqamət üzrə iş gedir. Bizim üçün bir neçə prioritet sahə var. İlk növbədə, bağçalara qəbulu vahid prinsiplər əsasında elektron sistem üzərindən həyata keçirmək istəyirik. İyulun ikinci ongünlüyündən başlayaraq prosesi tamamlayıb ümumrespublika üzrə vahid elektron bazanı bitirmiş olacağıq”.

Nazir bildirib ki, tərbiyəçilərin işə qəbulunun da vahid formatda aparılması nəzərdə tutulub: “İyul ayında prosesin müəllimlərin işə qəbulu (MİQ) formatında keçirilməsi mümkün olacaq. Eyni zamanda Mingəçevir və digər şəhərlərdə bağça müdirlərinin yeri vakant olaraq qalır. Direktorların işə qəbulu prosesində həmin vakant yerlərə qəbulun da şəffaf keçirilməsini planlaşdırırıq. Bağçalarda uşaqların qidalanması məsələsi də əsas hədəflərdəndir. Bu, kifayət qədər mürəkkəb məsələdir. Qidalanma rasionu ilə bağlı qaydalar köhnəlib və yenisinin tətbiqi zaman tələb edir. Bu istiqamətdə müəyyən pilot layihələr üzərində işlər aparılaraq ictimaiyyətə təqdim olunacaq”. (report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ən çox oxunanalar