Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tahir Kərimli: Prezident İlham Əliyevin namizədliyini müdafiə etməyimizdə çox ciddi məntiq var

Tahir Kərimlidən İlqar Məmmədova cavab...

“REAL Partiyasının sədri İlqar Məmmədovun “Siyasi Partiyalar Prezident seçkilərində öz namizədini vermir, YAP-ın sədrin müdafiə edirlərsə, niyə gedib YAP-ın tərkibinə daxil olmurlar?” ittihamını qəbul etmirəm və bu düzgün yanaşma deyil. Əvvəla, onu deyim ki, bütün dünyada, məsələn qonşu Türkiyədə də bir çox siyasi partiyalar CHP-nin sədrini və ya AKP-nin sədrini müdafiə edirdi. Lakin həmin partiyalar onlara birləşmirdi. İnsan düşünməlidir ki, onun Prezident seçilmək şansı, imkanı var, ya yoxdu? Hər kəs Prezident seçilə bilməz. Eyni zamanda bir çox partiya sədrləri Prezident ola bilməz. Ona görə də koalisiyada olurlar, bir namizədi müdafiə edirlər. Azərbaycanda da bu formadadır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

T.Kərimlinin sözlərinə görə, Prezident seçkiləri Respublika Ağsaqqallar Şurasına sədr seçmək deyil ki, orda yalnız mənəvi kriteriyalar əsas götürülsün: “Prezident seçkiləri dövlət başçısının seçkisidir, ona namizəd xarizmatik, çox güclü şəxsiyyət olmalıdır, ölkə daxilində və xaricində çox görkəmli şəxsiyyət kimi tanınmalıdır. O, birinci dövlətin sabitliyini təmin etmək gücündə olmalı, ölkənin təhlükəsizliyinin qarantı olmalı, iqtisadiyyatı, dövlət idarəçiliyini bilməli, dövləti irəli aparmalı, diplomatik məharət sahibi olmalıdır. Ona görə də Vəhdət Partiyası olaraq görürük ki, Vəhdətin sədri Prezident seçilə bilərmi? Və yaxud bu zaman biz hazırkı dövlət başçısına alternativ görürükmü? Dövlət başçısını kimsə sevməyə bilər, ancaq, onun şəxsiyyətini iş qabiliyyətini, bacarığını qiymətləndirməmək mümkün deyil. Ölkənin tərəqqisi də bu amillərlə bağlıdır. Bir şeyi yada salmaq istərdim. Vaxtı ilə İlqar Məmmədov AMİP-də olanda Etibar Məmmədov Prezidentliyə namizədliyini vermişdi. O zaman, AXCP və bir sıra partiyalar Etibar Məmmədovu dəstəkləyirdi. Nəəcəb, İlqar Məmmədov onda AXCP-yə, Əli Kərimliyə demirdi ki, gəl AMİP sədrini müdafiə etdiyinə görə AMİP ilə birləş? Və yaxud İsa Qənbər olsun. Xeyli Partiya sədrləri ona dəstək verirdilər. Onda niyə Müsavatala birləşmədilər? Yəni, bu doğru yanaşma deyil. Tarixə ekskursiya etmək istərdim. Müharibə edən və həssas taleyi olan ölkələrə rəhbərlik zamanı, prezidentli respublika quruluşu daha vacibdir. Çünki təkbaşına rəhbərlik daha effektiv olur. 1918-1920-ci illərdə AXC hakimiyyəti prezidentli respublika olsa idi bəlkə də onu müdafiə edib saxlamaq mümkün olardı. Ermənistanda Parlamentli Respublikaya keçidlə bağlı demokrat adlandırılan Paşinyan Baş Nazir seçiləndə bunu alqışladım. Bildim ki, artıq Ermənistanda daxili didişmələr olacaq. Belə də oldu! Ermənistanın da uduzma şərtlərindən ən birincisi bu idi. Yadda saxlamaq lazımdır ki, tarixi şərait nəticəsində müxtəlif yollarla Azərbaycanda hədsiz varlanmış şəxslər var. Mən hesab edirəm ki, uyğun namizəd olmazsa, həmin şəxslər bir-biri ilə sağlam olmayan rəqabət aparacaqlar. Nəticədə ölkə xaosa sürüklənə və düşmən qüvvələr revanş cəhdinə həvəslənə bilərlər. Yəni, rəqabət özündə nə qədər demokratik prinsipləri yaşatsa da, biz görürük ki, demokrat düşüncələrin də arxasında da hansısa sağlam olmayan maliyyə dayaqları durur. Bu gün, ABŞ, Fransa özlərini demokrat hesab edirlər. Mən bilirəm ki, həm Fransada, həm Amerikada İlqar Məmmədovu da müdafiə edənlər az deyil. Yəqin, bunu özü də bilir. Amma Fransa demokratdırsa, nə üçün müstəmləkəçilikdən əl çəkmir? ABŞ Liviyanı, İraqı, Suriyanı, Əfqanıstanı nə günə qoydu? Hansı demokratiyadan danışmaq olar? Yəni demokratiya şüarı arxasında gizlənmək lazım deyil. Bizim üçün əhəmiyyətli olan dövlətçiliyin inkişafıdır, Azərbaycanın taleyidir, qarşımızda duran strateji vəzifələrin yerinə yetirilməsidir. Biz hesab edirik ki, Vəhdət Partiyasının və İlqar Məmmədovun ittiham etdiyi digər partiyaların Prezidentin namizədliyini müdafiə etməsində çox ciddi məntiq var”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Ən çox oxunanalar