Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taekvondoçularımız Hollandiyadan 8 medalla qayıtdılar

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət yığma komandası Niderlandın Eyndhoven şəhərində təşkil olunan “Dutch Open” beynəlxalq turnirində uğurlu çıxış edib

PİA.az “AzərTac”-a istinadən xəbər verir ki, yarışda milli komandamızın idmançıları səkkiz medala sahib olublar.

Sayca qırx altıncı olan “G1” kateqoriyalı turnirdə mübarizəyə qoşulan Cavad Ağayev (63 kq) və Fəridə Əzizova (67 kq) bütün rəqiblərinə qalib gələrək yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Taekvondoçularımızdan Qaşım Maqomedov (58 kq) və Radik İsayev (87 kq-dan yuxarı) isə yalnız finalda məğlub olaraq gümüş medal qazanıblar.

Digər təmsilçilərimiz Bəhruz Quluzadə (54 kq), Məhəmməd Məmmədov (68 kq), Ramin Əzizov və Payam Qobadi Oğaz (hər ikisi 87 kq) yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medalla kifayətləniblər.

Beləliklə, Niderland açıq çempionatında aktivinə iki qızıl, iki gümüş və dörd bürünc medal əlavə edən millimiz Eyndhovendən birbaşa Belçikaya yollanacaq.

Komandamızın üzvləri Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və baş məşqçilər Reza Mehmandoust, eləcə də Elnur Amanovun rəhbərliyi ilə martın 16-da Belçikanın Lommel şəhərində keçiriləcək “Belgian Open” turnirində də qüvvələrini sınayacaqlar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Ən çox oxunanalar