Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşa türməsinin ləğvi təklifinə reaksiyalar

Azərbaycanın telekanallarında məşhur Şuşa həbsxanasının görüntüləri yayılıb. Qeyd edək ki, Şuşa türməsi çar Rusiyası dövündən fəaliyyət göstərir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə sosial şəbəkədə qeyd edib ki, mədəniyyət paytaxtımızda həbsxana olmamalıdır: “Düzdür, həyat varsa təəssüf ki, cinayətlər və onun cəzasını çəkənlər də olacaq. Ancaq həbsxananın yeni Şuşadan köçürülməsi düzgün olardı. Bu məsələ üçün başqa bir regionda müasir tələblərə uyğun müəssisə inşa etmək olar. Şuşa isə özünün tarixi, mədəniyyət inciləri və müasir bu günü ilə tanınmalıdır”.

Şuşada həbsxananın olmaması ideyasını hüquq müdafiəçisi Novella Cəfəroğlu da dəstəkləyib. Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, deputat Aydın Mirzəzadə lazımlı bir məsələni ictimailəşdirib. Həqiqətən də mədəniyyət paytaxtımızda həbsxananın olmasına ehtiyac yoxdur: “Şuşa bir simvoldur, mədəniyyət, incəsənət mərkəzidir və bundan sonra daha çox məhz bu istiqamətdə inkişaf edəcək. Ona görə də yaxşı olar ki, Şuşadakı məlum həbsxana cəzaçəkmə müəssisəsi kimi istifadə edilməsin. Çar hökumətini zamanında inşa edilmiş həbsxana binası sökülməsin, tarixi abidə kimi saxlansın. Şuşa ermənilər tərəfindən işğal olunduqdan sonra Şuşa həbsxanası yüzlərlə, minlərlə azərbaycanlı əsirlərin saxlandığı, işgəncə verildiyi, öldürüldüyü dəhşətli bir yer olub. O həbsxana ermənilərin əlində olan dövrdə Qafqazın ”Quantanamosu" idi.

Aydın Mirzəzadə: “Mədəniyyət paytaxtımızda həbsxana olmamalıdır”

Həmin binanın sökülmədən saxlanması, gələcək nəsillərə, Şuşaya təşrif buyuracaq turistlərə nümayiş etdirilməsi lazımdır. Yəni Şuşa türməsinin cəzaçəkmə müəssisəsi funksiyası dəyişdirilərək turistlər üçün açıq olan tarixi anlam daşıyan abidə funksiyası ilə əvəz edilməlidir. O həbsxanada həm Çar dövründə, həm SSRİ zamanında cəzaya məhkum edilmiş məşhur insanların adları, həm Qarabağ müharibəsi dövründə ermənilərin əsirlikdə saxladıqları insanlar haqda məlumatlar da yerləşdirmək lazımdır".

Novella Cəfəroğlu: “Şuşa türməsinin cəzaçəkmə müəssisəsi funksiyası dəyişdirilərək turistlər üçün açıq olan tarixi anlam daşıyan abidə funksiyası ilə əvəz edilməlidir”

Hüquq müdafiəçisi onu da qeyd etdi ki, cəmiyyət varsa, onun içində cinayət edənlər, həbsə düşənlər də olur və bu təbiidir. Şuşa həbsxanasının əvəzinə işğaldan azad olunmuş rayonlarımızın başqa birində və ya məsələn, Bərdə rayonu ərazisində bir müasir tipli həbsxana tikilsə, məqsədəuyğundur: “İşğaldan azad edilmiş rayonlarımıza, inşallah, bir milyona yaxın insan qayıdacaq. Eyni zamanda nəzərə almaq lazımdır ki, həmin rayonlarımıza yaxın əhalisi çox olan rayonlarımız da var. Bu qədər əhalinin yaşayacağı bir böyük ərazidə bir ədəd müasir tipli cəzaçəkmə müəssisəsi olmalıdır ki, orada yaşayan insanlarımız həbsxanaya düşən doğmaları ilə görüş kimi məsələlərdə əziyyət çəkməsinlər”.

Akif Nağı: “Şəhərdə həbsxananın olması vacib deyil”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da hesab edir ki, həbsxana mədəniyyət paytaxtına yaraşmır. Onu Şuşa ətrafına və ya başqa bir yerə köçürmək olar. Şəhərdə həbsxananın olması vacib deyil: “Şəhərin kənarında nisbətən uzaq bir yerdə tikmək olar. İstənilən halda təklif xoş niyyətlidir, Şuşanın mənəvi dəyərlərinə önəm verilməsi vacibdir. Çalışmalıyıq ki, Şuşa adı heç bir mənfi emosiya ilə assosiasiya olmasın”.

Qeyd edək ki, Şuşa türməsi Çar Rusiyası dövründə-XIX əsrin ortalarında Xan qızı Natəvanın vəsaiti hesabına inşa edilib. Bəzi məlumatlara görə, buna qədər şuşalı məhkumlar Gəncə şəhərində yerləşən həbsxanada saxlanılırdı. Qohumları, yaxınları onlara baş çəkmək üçün uzun yol qət edərək, Gəncəyə getməli olurdular. Bunu nəzərpə alan Xan qızı şuşalıları, eləcə də ətraf ərazilərdə yaşayan insanları bu əziyyətdən qurtarmaq üçün Şuşada həbsxananın inşası üçün vəsait ayırır.

Həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir, qalanın aşağı divarları həbsxanaya söykənir. SSRİ dövründə qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib.

Həbsxana inşa edilərkən qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilib. Bu zaman Şuşa qalasının Ağoğlan qapısı həbsxanaya giriş kimi dəyişdirilərək yenidən formalaşdırılıb. Şuşa türməsi həm də tarixi abidə, arxitektura nümunəsidir. Şuşa həbsxanası Rusiya İmperiyası və SSRİ dövründə ən dəhşətli türmələrdən hesab olunub. Ən təhlükəli, ən qatı cinayətkar hesab olunan şəxslər əsasən cəza çəkmək üçün bura göndərilib. Ümumilikdə, həbsxana 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulub.

Rusiya İmperiyasının və SSRİ-nin ən müxtəlif guşələrindən cinayətkarlar cəzasını bu türmədə çəkib.

1992-ci il mayın 8-də Şuşa işğal edildikdən sonra da buradan həbsxana kimi istifadə olunub.

İşğal zamanı erməni cinayətkarları əsir götürdükləri azərbaycanlıları məhz burada saxlayıblar, mülki azərbaycanlılara burada dəhşətli işgəncələr verib, onlarla qeyri-insani rəftar ediblər. Mülki şəxslərlə yanaşı, müharibədə əsir götürülən azərbaycanlı hərbçilər də bu həbsxanada erməni vəhşiliyi ilə üzləşiblər.

SSRİ-də ən dəhşətli türmələrdən hesab olunan və iki əsrə yaxın yaşı olan Şuşa türməsi ermənilərin 28 ildə azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, onlara verdiyi işgəncələrin canlı şahididir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Ən çox oxunanalar