Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyanın xaç atası Putin “kartlar”ı dəyişir

Bəşər Əsədin xatirinə İsrailə dəstək, İrana dirsək başlandı

Rusiya xarici işlər naziri Segey Lavrov Helsinki sammiti, Rusiya prezidenti, Suriyanın xaç atası Vladimir Putinin andiçmə mərasimi və Suriya məsələsi üzrə İsraillə əməkdaşlıqdan sonra yəhudi dövlətinə baş çəkib. O, İran qoşunlarının Suriya-İsrail sərhədindən 100 km çəkilməsi haqda Rusiyanın təklifini İsrailə çatdırıb, amma yəhudi dövləti bunu rədd edib. İsrail rusları Bəşər Əsəd rejiminin saxlanması əvəzində İran qoşunlarının Suriyanın bütün ərazisindən çıxarılmasına çağırır. Suriyanın gələcəyi artıq Əsədin əlində deyil, amma Putinin təşəbbüslərinə bağlıdır.

Rusiya Suriyanın gələcəyi haqda ABŞ, İsrail və İranla danışıqlar aparır. Hesab olunur ki, Əsəd savaşı udub, çünki ölkənin başında qalıb. Lakin Sovet İttifaqının dövründəki Şərqi Avropa ölkələrinin başçılarına oxşayır – onlar Sovet İttifaqı dağılana qədər öz ölkələrinin taleyinin müəyyən edilməsində heç bir rol oynamırdılar. Putin Rusiyası olmasaydı, Əsədin sonu Çauşesku kimi olardı. İndiki Rusiya Sovet İttifaqı deyil. Putin Suriyada açar rolunu Rusiya üçün möhkəmləndirib, buna görə də bu gün Qutada müxtəlif yerlərə humanitar yükün necə çatdırılmasını o, həll edir. Bundan savayı, Rusiya bildirir ki, bunu Fransa ilə birgə edir, amma qərarı yalnız ruslar qəbul edib.

BMTSuriya üzrə özəl təmsilçi Steffan de Mistura siyasi həllə irəliləməkdə gerçək rol oynamır, çünki qətnaməni ruslar irəli sürüblər. Rusiya ən yaxın vaxtlarda Soçidə Astana sammitinin üzv dövlətləri, İran və Türkiyə üçün BMT elçisinin qatılacağı toplantı keçirəcək. Fransanın Suriya üzrə yeni elçisi Fransua Senemo Fransanın adından səfir olduğu İran paytaxtından gedəndən sonra ötən ilin sentyabrında yeni vəzifəyə başlamazdan qabaq Moskvaya yollanıb. Moskva, Soçi, Sankt-Peterburq və başqa şəhərlər Suriya hadisələrinin və bu məsələ üzrə bütün danışıqların ürəyinə çevrilib. Şübhə yoxdur ki, Rusiya şirkətləri Suriyanın bərpasıyla məşğul olacaq və buna qatılmaq istəyən hər kəsi Rusiya bəyənməlidir. Rusiyanın iqtisadiyyat sektorunda böyüyən korrupsiya Əsədə yaxın çevrələrlə tərəfdaşlıqda möhkəmləndiriləcək. Zamanında xalq narazılığı Suriyadakı korrupsiyadan törəmişdi, cavabında Əsəd və tərəfdarları silah və işgəncədən istifadə edib, habelə iddia ediblər ki, müharibənin əvvəlində korrupsiyaya qarşı vuruşan nümayişçilər terrorçu idilər.

Rusiya Suriya qaçqınlarını Livandan Suriya və İordaniyaya göndərmək haqda dünən qərar qəbul edib, bununla da göstərib ki, suriyalıların vətənə dönüşündə Rusiya rejimi məsuliyyət daşıyır. Suriyada Rusiya, İsrail və İranın əlində oyuncağa çevrilmiş Bəşər Əsəd rejimi deyil, məhz Rusiya ağalığı fəlakətli Suriya müharibəsini hiss edəcək. Suriyadakı İran gücləri amansız İsrail savaşıyla üzləşəcək. İsrail onlara qalmaq imkanı verməz. Rusiya dərk edir ki, İranı Suriyanın bütün ərazisindən rədd edə bilməz.

İsrail Suriyada ona qarşı durmağa can atmayan Rusiya HKQ-nin diqqətli müşahidəsi altında İran bazalarına zərbə endirməyi davam etdirir, çünki, ola bilsin, son nəticədə ancaq İsrail İran qoşunlarını Suriyadan çıxarda bilər. İsraillə müharibə aparmağa İranın hərbi potensialı yoxdur.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

İsrail nəzərdə tutur ki, Rusiya öz patronajlığı altında Əsəd rejiminin saxlanmasında maraqlıdır və buna görə də İran qüvvələrinin Suriyadan çıxarılmasına etiraz etmir. “Hizbullah” bu müharibədə böyük məsrəflər üzündən öz qoşunlarını Livana aparır. Bu arada isə Rusiya Suriyada İsrailin fəaliyyətini ört-basdır edir.


Rənda Təqiəddin

Al Hayat (Böyük Britaniya), 25.07.2018

Tərcümə Strateq.az-ındır

pia.az


Etiket: Putin-Əsəd

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Ən çox oxunanalar