Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyanın Afrin bölgəsindən Türkiyəyə 3 raket atılıb, 1 nəfər ölüb, 32 nəfər yaralanıb

Bu gün Suriyanın Afrin bölgəsindən Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsinə 3 raket atılıb


Türkiyənin NTV telekanalıın verdiyi məlumata görə, raketlərdən ikisi Reyhanlının Rıfat Bahadırlı prospektindəki bir evə və Cümhuriyyət prospektindəki bir iş yerinə düşüb.
 
Nəticədə 2-i ağır olmaqla, 32 nəfər yaralanıb. İş yeri yaxınlığında bir avtomobildə olan suriyalı mühacir isə ölüb.
 
Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Dünən Türkiyə qırıcı təyyarələri bölgədə terror təşkilatının hədəflərinə hava zərbələri endirib. Bu gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb. Suriyada "Fərat" qalxanı əməliyyatı çərçivəsində azad edilmiş bölgədən də Afrinə müxalif Azad Suriya ordusunun hücumu başlayıb. Azad Suriya Ordusunun bölmələri Türkiyə tanklarının müşayiəti ilə irəliləyir. Gün ərzində 3 kənd terrorçulardan təmizlənib. APA

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Samir Şərifov: Hökumət dəmir yolu infrastrukturu üçün AİB-dən vəsait cəlb edə bilər

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub - Yenilənib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib - Yenilənib

Ən çox oxunanalar