Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Süni qiymət artımına qarşı İqtisadiyyat Nazirliyinin apardığı siyasət gülüncdür” - Eyyub Hüseynov


Azad İstehlakçılar Birliyinin sədri: “Əgər insanlar kooperativlərlə birləşsələr, məhsulun maya dəyəri təxmini 30% aşağı düşər və bazara da ucuz məshullar çıxar”


“Bütün bu nöqsanlar dövlətin bolluq üçün qəbul etdiyi qərarlarının effekli yerinə yetirilməməsinin nəticəsidir”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkəyə xaricdən gətirilməyən mallarda olan qiymət artımın PİA.AZ-a şərh edərkən deyib.

Bildiyimiz kimi bəzi rəsmi şəxslər istehlak bazarında satılan məhsulların 85 faizinin yerli istehsal olduğunu bildirirlər. Amma heç düşünmürlər ki, bu məhsulların çoxu xalqa artıq əlçatan deyil. Təəssüf ki, Azərbaycan məhsulları da daxil olmaqla, ərzaq məhsullarında kəskin qiymət artımı başlayıb. Nəzərə alsaq ki, Novruz bayramı yaxınlaşır, bu qiymət artımını dayandırmaq olmayacaq. Süni qiymət artımının qarşısını almalı olan qurumlar isə bu işlə mübarizə apardıqlarını dəfələrlə qeyd etsələr də nəticə görmək olmur.

Bəs əgər məhsullar xüsusən qida məhsulları ölkəyə xaricdən gətirilmirsə, bu zaman bu qədər qiymət artımını nə ilə izah etmək mükündür və süni qiymət artımının qarşısını almalı olan qurumlar öz işlərinin öhdəsindən gələ bilirlərmi?  

PİA.AZ bu mövzunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla müzakirə edib.

Eyyub Hüseynov: “Dövlət orqanları getsinlər marketlərdəki vəziyyətə baxsınlar”.


Azad İstehlakçılar Birliyinin sədri qeyd edib ki, nə qədər ki, biznesi, dövləti, ordunu gücləndirən istehlakçı siyasəti yoxdur və bu işləri yerinə yetirən dövlət orqanları zəifdir Azərbaycanda qalxan qiymət bir daha enməyəcək:

“Qiymət artımın izahı belədir:

1. Ümumiyyətlə əhali gəlirlərinin 75%-in qida məhsullarına xərcləyir. Həmişə ölkədə əhalinin sosial vəziyyəti yaxşı olmayanda onun qidaya verdiyi pulların miqdarı artıq olur. Yəni insanlar yaxşı qidalanmağa üstünlük verirlər nəyinki özlərinə pal-paltar almağa və s. 

2. Qida məhsullarının təxminən 60%-nin içərisində dollar, yəni xaricdən gətirilən məhsulların komponentləri var. Bu hal xüsusən kütləvi istehsal mallarında və s. mallarda daha çox özünü göstərir. 

3. Kəndli özü məhsulu becərir və satdığı məhsulun müqabilində özünə lazım olan məhsul alır. Kəndlinin aldığı məhsul da xaricdən gətirilən məhsul olur. Buna görə də kəndli məcburdur ki, məhsulun baha qiymətə versin. 

4. Azad bazar iqtisadiyyatıdır. İstənilən adam istənilən malı istənilən qiymətə sata bilər. Yəni əgər o məhsulların qiyməti dövlət tərəfindən tənzimlənmirsə. 

5. Manatın bu qədər devalvasiya olması istehlakçıları başqa malların xidmətindən istifadə etmək tələbatın yaradır. Buna görə də kəndli istehsal etdiyi malı baha qiymətə satmaq məcburiyyətində qalır. 

Onu da qeyd edim ki, bütün bu nöqsanlar dövlətin bolluq üçün qəbul etdiyi qərarların effekli yerinə yetirilməməsinin nəticəsidir. Məsələn neçə illərdir “Korperasiyalar haqqında” qanun qəbul olunub, amma bu qanun həyata keçirilə bilmir. Həmçinin hökumətin kənd təsərrüfatı sahəsi də effektsiz vəziyyətdədir. Əgər insanlar koperativlərlə birləşsələr məhsulun maya dəyəri təxmini 30% aşağı düşər və bazara da ucuz məshullar çıxar. Amma bu da yoxdur. Bunun müqabilində Kənd Təsərrüfatı Nazirliyinin işçiləri hər şənbə, bazar günü bahalı kostyumların geyinib gedib qiymət tənzimləyirlər. Bu yolverilməz haldır. 

Eyyub Hüseynov: “Nə qədər ki, Azərbaycan hökuməti üzünü istehlakçılara doğru çevirmir, yalnız və yalnız istehlakçılardan pul qopartmaq sistemi həyata keçirilir bazar anormal vəziyyətdə olacaq”.


Həmçinin bu hal bazar iqtisadiyyatına və bazar aksiomuna ziddir. Heç kəsin ixtiyarı yoxdur ki, kəndliyə desin ki, istehsal etdiyin məhsulu get bu qiymətə sat. Bu hal ölkədə istehlakçı siyasətinin zəifliyi ilə bağlıdır. Dünən mən Nazirlər Kabinetində  olmuşam və bu barədə söhbət etmişəm. Nə qədər ki, Azərbaycan hökuməti üzünü istehlakçılara doğru çevirmir, yalnız və yalnız istehlakçılardan pul qopartmaq sistemi həyata keçirilir bazar anormal vəziyyətdə olacaq. Nə qədər ki, biznesi, dövləti, ordunu gücləndirən istehlakçı siyasəti yoxdur və bu işləri yerinə yetirən dövlət orqanları zəifdir Azərbaycanda qalxan qiymət bir daha enməyəcək.

Bu qurumların süni qiymət artımı sözün dilinə gətirməsi mənə gülünc görünür. Çünki deyirlər ki, süni qiymət artımın qarşısın alırıq. Nə ixtiyarı var İqtisadiyyat Nazirliyin ya da Kənd Təsərrüfatı Nazirliyinin mənim 5 manatlıq telefonumu 1000 manata satanda deyə ki, sən yüksək qiymətə satırdsan və süni qiymət artımı etmisən. Dövlət tərəfindən qiymət tənzimlənmədiyinə görə onların heç bir ixtiyarı yoxdur. Dövlət orqanları getsinlər marketlərdəki vəziyyətə baxsınlar. Marketin içərisində bir qiymətdir, çölə çıxanda isə baxqa qiymət. Bax bu süni qiymət artımıdır. Amma vətəndaş süni qiymət artımı etmirlər. Onlar normal bazar iqtisadiyyatına uyğun qiymət qoyurlar. Hökumətin vəzifəsi odur ki, bolluq yaratsın. Yəni öz əllərində olan riçarqlardan imkina etsinlər ki, ölkədə bolluq yaransın. Süni qiymət artımına qarşı İqtisadiyyat Nazirliyinin apardığı siyasət gülüncdür”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

Ən çox oxunanalar