Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soros Aİ-də fəaliyyətini məhdudlaşdırır, Ukraynaya dəstəyi isə davam etdirəcək...

Milyarder Corc Soros tərəfindən təsis edilən “Açıq Cəmiyyət” Xeyriyyə Fondu yeni təşkilati modelin bir hissəsi olaraq Avropa İttifaqında fəaliyyətinin çox hissəsini ixtisar etməyi və ya bitirməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliui Xeyriyyə Fondu işçiləri üçün göndərilən elektron məktuba istinadən məlumat yayıb. Məktubda qeyd edilir ki, “Açıq Cəmiyyət” Avropa İttifaqında fəaliyyətini məhdudlaşdırsa da, Ukraynanın maliyyələşdirilməsi davam etdiriləcək.

“Nəticədə, yeni təsdiq edilmiş strateji istiqamət Avropa İttifaqında cari işimizin əhəmiyyətli hissəsini yekunlaşdırmaq və dayandırmaq, diqqətimizi və resursları dünyanın digər hissələrinə yönəltməkdən ibarətdir”, deyə məktubda bildirilir.

Eyni zamanda, dünyanın müxtəlif yerlərinə ildə təxminən 1,5 milyard dollar vəsait yönəldən təşkilatın Ukrayna, Moldova, Qırğızıstan və Qərbi Balkanlar da daxil olmaqla Avropada bəzi proqramları milli fondlar hesabına maliyyələşdirməyə davam edəcəyi vurğulanır:

“Yeni modelə əsasən, qrantlarımızın əksəriyyəti qarşıdakı aylarda müəyyən ediləcək spesifik təsir imkanları ətrafında təşkil olunacaq".

“Açıq Cəmiyyət” Fondunun bir hissəsi olan Beynəlxalq İntibah Fondu vurğulayıb ki, Corc Sorosun Avropadakı fondlar şəbəkəsinin fəaliyyətinin “demək olar ki, tam iflasa uğraması” barədə məlumat xeyli şişirdilib və əslində, reallığa uyğun gəlmir.

Beynəlxalq İntibah Fondu Ukraynada fəal işini artırdığını və Aİ-də işin yeni təşkilati model çərçivəsində qorunub saxlanacağını açıqlayıb.

“Açıq Cəmiyyət” fondlar şəbəkəsi Aİ ölkələrində vətəndaş cəmiyyətinə dəstəyini davam etdirəcək. Avropada fond şəbəkəsinin qismən ixtisarı şəbəkənin Berlin və Brüsseldəki ofislərinə təsir edəcək, bu yeni əməliyyat modelinə keçidin nəticəsidir və şəbəkənin demokratiyaya, insan hüquqlarına dəstək və iqlim problemlərinə qarşı Aİ-də iş davam edəcək, lakin bu, şəbəkənin qlobal səylərinin bir hissəsi olacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Ən çox oxunanalar