Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sonuncu sınaq imtahanının nəticələri bu gün elan olunacaq



Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə iyunun 10-da keçirilmiş sınaq imtahanında istifadə edilmiş sual kitabçaları və test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb


DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.

10 iyunda keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə olunmuş test tapşırıqlarının doğru cavab etalonları ilə DİM-in saytında tanış olmaq mümkündür.

Hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin gün ərzində (axşam saatlarında) elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar. 

Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarının elektron versiyasını DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Sual kitabçaları” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.

Yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

Qırğızıstanda faciə: Yük maşını 30-a yaxın uşağın üstündən keçib

Ən çox oxunanalar