Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son 24 saatda Ukraynaya iki yüzə yaxın mərmi atılıb

Son sutka ərzində Ukraynanın cəbhədən kənar əraziləri kütləvi hücuma məruz qalıb...

Kiyev vilayəti də daxil olmaqla, Çerkassı, Sumı, Dnepropetrovsk, Kirovoqrad, Zaporojye, Xerson, Xarkov, Donetsk vilayətləri Rusiya ordusu tərəfindən əsasən dron zərbələrinə məruz qalıb.

Vilayətlərdə yerli qurumların "Report"un Şərqi Avropa bürosuna verdikləri məlumata görə, son 24 saat ərzində aktiv döyüşlərin getdiyi yüzə yaxın yaşayış məntəqəsindən əlavə, Ukrayna ərazisinə iki yüzə yaxın mərmi atılıb. Cəbhəyanı şəhərlər istisna olmaqla, 5 nəfər həlak olub, 10-a yaxın insan yaralanıb.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rəsmisi Yuri İqnat "Report"a hücumla bağlı durumu şərh edib: "Yanvarın 30-na keçən gecə Rusiya Donetsk vilayətini atəşə tutub. Belə ki, bu vilayətin Mirnoqrad şəhərinə iki “S-300” raketi ilə zərbə endirilib. Bundan başqa, hücum zamanı 35 “Shahed” pilotsuz uçuş aparatından (PUA) istifadə edilib. Ukrayna ordusunun bölmələri bu PUA-ların 15-ni məhv edib. 15 PUA Ukrayna ərazisinin dərinliyində yerləşən bölgələrdə zərərsizləşdirilib. Yerdə qalan pilotsuz uçuş aparatları cəbhəyanı bölgələrə zərbə endirib".

O bildirib ki, söhbət təmas xəttindən və Rusiya ilə həmsərhəd olan ərazilərdən gedir: "İlk dəfə deyil ki, “Shahed” vasitəsilə həm hərbi, həm də mülki obyektlərə zərbələr endirilir. Anlayırıq ki, cəbhəyə yaxın ərazidə yerləşən bölgələrə hücumlar həyata keçirilir və belə qısa məsafədə “Shahed”ləri vurmaq çox çətindir. Buraya bir çox obyektiv amillər lazımi silahların olmaması, məsafənin qısa olması və s. daxildir. İtki və dağıntılar barədə dəqiq məlumatım yoxdur. Bir sözlə, Rusiyanın bu hücumunun da qarşısı alınıb. Üstəlik, bəzi səbəblərə görə də Rusiya PUA-larının hamısı hədəfə çatmır".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Ən çox oxunanalar