Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soltan Məmmədov BBQ-nin analitikinin iddialarının əsassız olduğunu nəzərə çatdırıb

Soltan Məmmədov Avronest PA-nın komitə iclasında BBQ-nin analitikinin iddialarının əsassız olduğunu nəzərə çatdırıb...

“Avronest Parlament Assambleyasının Sosial məsələlər, məşğulluq, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin iclasında Şərq Tərəfdaşlığı çərçivəsində silahlı münaqişələrin və humanitar böhranların sosial nəticələri və bununla bağlı cavab tədbirləri ilə bağlı məsələlər müzakirə olundu. Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz regionu üzrə baş analitiki Olesya Vartanyan video formatda tədbirə qoşularaq Laçın yolu ilə bağlı əsassız mülahizələr səsləndirdi, bölgənin blokadada qaldığını, tibbi xidmətlərdən istifadə və dərman çatışmazlığı olduğunu, əhalinin bölgəni tərk etməyə maraq göstərdiyini iddia etdi, Avropa İttifaqı, ABŞ və beynəlxalq birliyi bu məsələdə fəallıq göstərməyə çağırdı. İclasda Olesya Vartanyanın bu iddialarının əsassız olduğunu nəzərə çatdırdıq”.

Bunu APA-ya açıqlamasında Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Soltan Məmmədov bildirib.

Soltan Məmmədov iclasda çıxış edərək bildirib ki, 1988-1994-cü illərdə davam edən münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı öz evlərini tərk etməyə məcbur olub. 20 mindən çox azərbaycanlının Ermənistanın təcavüzkar siyasəti nəticəsində həlak olduğunu, on minlərlə insanın əlil olduğunu diqqətə çatdırıb. Deputat qeyd edib ki, Azərbaycan 2020-ci ildə 44 günlük müharibə zamanı öz torpaqlarının azad edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına reallaşdırıb. Münaqişə başa çatıb və bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri barədə məlumatları fəxrlə təqdim edə bilərik: “Mənim sualım ondan ibarət oldu ki, 30 il ərzində bu problemə beynəlxalq ictimaiyyətin laqeyd yanaşmasının səbəbi nədir?”.

Soltan Məmmədov Azərbaycan ərazisindəki erməni əhalinin blokadaya alınması barədə iddiaların əsassız olduğunu qeyd edərək, ekofəalların aksiyası dövründə 2500-dən çox avtomobilin sərbəst hərəkət etdiyini bildirib. Nəzərə çatdırıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə humanitar məqsədli yüklərin daşınması və mülki şəxslərin hərəkəti üçün heç bir məhdudiyyət yoxdur.

Ermənistan nümayəndə heyətinin üzvlərinin eyni məzmunlu ittihamlarına cavab verən Soltan Məmmədov bildirib ki, bu gün Dağlıq Qarabağ adlı anlayış artıq gündəlikdə deyil və bu terminə istinad etməyə ehtiyac yoxdur. O, Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarının yolverilməz olduğunu bildirib. Qarabağın beynəlxalq hüquqa görə Azərbaycanın suveren əraziləri olduğunu diqqətə çatdırıb.

poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Ən çox oxunanalar