Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR Ukraynanın Müdafiə Nazirliyinə aviasiya yanacağı satacaq


Şirkətin Ukraynadakı törəməsi rekativ yanacağın satın alınması məqsədi ilə keçirilmiş tenderin qalibi olub


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi (“SOCAR Ukraine”) və yerli “EFG Trading” (“Euro Fuel Group Trading”) şirkəti bu ölkənin Müdafiə Nazirliyinə reaktiv yanacaq satacaq.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, şirkətlər 20,1 ton aviasiya yanacağının satın alınması məqsədi ilə keçirilmiş tenderin qalibləri olublar.

Məlumatda deyilir ki, tenderin nəticələrinə görə, Ukrayanın Müdafiə Nazirliyi “SOCAR Ukraine”dan hər tonu 21 min qrivnadan (1 340 manat) olmaqla 6,1 min ton (Lot-1) və hər tonu 19 965 qrivnadan (1 274 manat) olmaqla 2,9 min ton (Lot-2) yanacaq alacaq. “EFG Trading” isə hər tonu 20 min qrivnadan (1 276 manat) olmaqla 6,1 min ton (Lot-1) və hər tonu 19 833 qrivnadan (1 265 manat) olmaqla 3 min ton yanacağı nazirlik üçün tədarük edəcək. “SOCAR Ukraine”dən alınacaq reaktiv yanacaq Azərbaycan istehsalı, “EFG Trading”dən alınacaq reaktiv yanacaq isə İtaliya və Bolqarıstan istehsalı olacaq.

Tenderdə “SOCAR Ukraine” və “EFG Trading” ilə yanaşı Ukraynanın “Voenservis-Volonter” şirkəti də iştirak edib, amma onun bütün lotlar üzrə təklif etdiyi qiymət 21 400 qrivna (1 365 manat) olub. Tenderdə qalib gəlmiş şirkətlər isə yanacağın hər tonunu bazar qiymətindən 600-800 qrivna (38-51 manat) ucuz təklif ediblər.

Xatırladaq ki, “SOCAR Ukraine” 2008-ci ildə yaradılıb. 2009-cu ildə şirkət Ukraynanın Odessa və Nikolayevski vilayətlərində “Tala-Mafta” adı ilə fəaliyyət göstərən 20-yə yaxın yanacaq-doldurmaq məntəqəsini (YDM) alıb, həmçinin Odessadakı iri neft bazasına (“Svitanok”) nəzarət etməyə başlayıb. 2010-2011-ci illərdə isə “SOCAR Ukraine” paytaxt Kiyevdə və ölkənin Lvov vilayətində fəaliyyət göstərən YDM-lərə sahib olub. 2012-ci ilin avqust ayında isə Azərbaycan şirkəti Ukraynanın Antiinhisar komitəsindən 26 YDM-in və “Kalina” neft bazası qrupunun fəaliyyəti üçün icazə alıb. Hazırda bu şəbəkə Ukraynada 60 YDM-in, Kiyevdəki “Bakı-1” və Odessadakı “Gəncə” neftdaşıyan bunker gəmisinin fəaliyyətini əhatə edir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Ən çox oxunanalar