Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda Şəhidlər Xiyabanı ziyarət olunub - Fotolar

Vətənimizin müstəqilliyi və sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini əbədiləşdirən Şəhidlər Xiyabanında əsaslı təmir işləri aparılır və mövcud məkan yenidən qurulur.

Bununla bağlı avqustun 8də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan şəhər prokuroru Kamal Talıbov, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin şəhər şöbəsinin rəis müavini Nadir Əzizov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavinləri, şöbə müdirləri və məsul əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri Şirvan Şəhidlər Xiyabanını ziyarət ediblər.

Öncə I Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub

Ziyarət zamanı bildirilib ki, I Qarabağ müharibəsində Şirvan şəhərindən 137 nəfər şəhid olub, onlardan 99 nəfəri Şirvan Şəhidlər Xiyabanında dəfn olunub. Vətən müharibəsi şəhidlərinin məzarlarının üstünün qara mərmərdən götürülməsi, I Qarabağ müharibəsi şəhidlərininin də məzarlarının üstünün qara mərmərdən götürülməsi zərurətini yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən Şəhidlər Xiyabanında I Qarabağ müharibəsi şəhidlərinin məzarlarının üstünün qara mərmərdən götürülməsi işlərinə başlanılıb. Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şəhidlər Xiyabanında aparılan abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanış olub, zəruri tapşırıq və tövsiyələrini verib, Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib. Şəhidlərin valideynlərinə və yaxınlarına başsağlığı verib, belə qəhrəman övladlar böyütdükləri üçün təşəkkürünü bildirib.

Şəhid ailələri Şirvan Şəhidlər Xiyabanında aparılan abadlıq və yenidənqurma işlərinə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar