Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyə Ərəbistanının Suriyadakı səfirliyi yenidən açılacaq

2023-cü ilin aprelində İranla diplomatik münasibətlərin bərpasından sonra Səudiyyə Ərəbistanı Suriyanın Ərəb Liqasına qaytarılmasına yaşıl işıq yandırmaq qərarına gəlib...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, Krallığın Xarici İşlər Nazirliyinin mayın 9-da yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı ərəb dövlətlərinin Suriyanın Ərəb Dövlətləri Liqasında iştirakını bərpa etmək qərarından sonra Dəməşqdəki səfirliyinin işini bərpa edəcək.

Qeyd edək ki, mayın 7-də Qahirədə bir sıra ərəb xarici işlər nazirliklərinin rəhbərlərinin görüşü baş tutub. İclasda Suriyanın Ərəb Liqasına üzvlüyünün bərpası qərara alınıb.

Xatırladaq ki, Ərəb dövlətləri 2011-ci ildə hakimiyyətin etirazçılara qarşı siyasətinə etiraz edərək, Suriya hakimiyyətinin bu pan-ərəb təşkilatının işində iştirakını dayandırmaq qərarına gəliblər.

2023-cü ilin aprelində İranla diplomatik münasibətlərin bərpasından sonra Səudiyyə Ərəbistanı Suriyanın Ərəb Liqasına qaytarılmasına yaşıl işıq yandırmaq qərarına gəlib və bir sıra ərəb ölkələrinin xarici işlər nazirlərinin Suriya məsələsi ilə bağlı Ciddədə keçirilən iclasında bildirib ki, Ərəb ölkələri Suriya nizamlanmasında böyük rol oynamalıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar