Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyə Ərəbistanın qoşunları yüksək hazırlıq vəziyyətinə gətirilib

Səudiyyə Ərəbistanının silahlı qüvvələri “Ənsar Allah” hərəkatının (Husi) döyüşçüləri ilə toqquşmalara görə yüksək hazırlıq vəziyyətinə gətirilib...

Poliqon xəbər verir ki, bu barədə mənbələr Bloomberg Agentliyinə bildiriblər. Agentlik qüyd edir ki, toqquşmalar üsyançıların oktyabrın 19-da İsrailə qanadlı raketlər və pilotsuz təyyarələr atmasından sonra başlayıb.

Bloomberg mənbələri bildiriblər ki, Yəmənlə sərhəddə yerləşən Cizan əyalətində husi qüvvələri ilə döyüşlərdə dörd Səudiyyə Ərəbistanı əsgəri həlak olub. Bundan əlavə, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri husilərin atdığı raketi ələ keçirib.

Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Vaşinqtonda Yəməndəki vəziyyəti və İsraillə HƏMAS arasında müharibənin nəticələrini müzakirə etməyi planlaşdırır. Səudiyyə hökuməti və husilər Bloomberg-in sorğularına cavab verməyib.

Qeyd edək ki, Yəməndə hökumət qüvvələri ilə “Ənsar Allah” tərəfdarları arasında qarşıdurma 2014-cü ildən davam edir. 2022-ci ilin aprelində tərəflər barışıq əldə ediblər. Oktyabrın 2-də atəşkəsin müddəti başa çatıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Ən çox oxunanalar