İsraillə münasibətlərin normallaşması kontekstində Fələstin məsələsi Səudiyyə Ərəbistanı üçün fundamental əhəmiyyət kəsb edir...
Poliqon xəbər verir ki, bunu krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fox News telekanalına müsahibəsində bildirib.
Vəliəhd şahzadə Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik münasibətlərin qurulmasına dair danışıqları xarakterizə etmək üçün bir jurnalistin sorğusuna cavab olaraq, “Biz hər gün daha da yaxınlaşırıq”, deyə cavab verib.
Vəliəhd vurğulayıb ki, İsraillə münasibətlərin normallaşması kontekstində Fələstin məsələsi Səudiyyə Ərəbistanı üçün fundamental əhəmiyyət kəsb edir.
“Biz bu hissəni həll etməliyik və biz hazırda konstruktiv danışıqlar aparmaqda davam edirik”, deyə şahzadə vurğulayıb.
Məhəmməd bin Salmanın sözlərinə görə, krallıq İsrailin Yaxın Şərqdə oyunçu olmasına imkan verəcək və fələstinlilərin həyatını asanlaşdıracaq nəticə əldə etməyi gözləyir.
Poliqon.info