Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şərurlu İsfəndiyarla bağlı Eldar Əzizova müraciət

“Şərur” MTK-nın qanunsuzluqlarından bezən mülkiyyətçilər aksiya üçün BŞİH-nə müraciət edib...

Bakı Şəhari, Xətai rayonu, Gəncə Prospekti, 2980-2981-ci məhəlləsinin bir qrup sakini “Şərur” MTK-nın (Universal Service MTK) uzun müddətdir (sahə mülkiyyətçiləri) mülkiyyət hüquqlarını kobud sakildə pozduğunu, bununla bağlı BŞİH daxil olmaqla müxtəlif instansiyalara yazdıqları müraciətin nəticəsiz qaldığını əsas götürərək piket keçirmək qərarına gəliblər.

Narazı mülkiyyətçilər BŞİH-nın başçısına müraciət ediblər.

Müraciətdə deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin və “Sərbəst Toplaşmaq Haqqında Azerbaycan Respublikası Qanunu”nun müvafiq maddələrinin verdiyi hüquqlar çərçivəsində aşağıda qeyd edilən ünvanlarda bir qrup sakinin Piket keçirmək istəyini ifadə edir və bununla bağlı təhlükəsizliyimizin təmin olunması üçün müvafiq göstərişlər verməyinizi Sizdən xahiş edirik.

Piketin keçirildiyi ünvanlar:

1. Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 1. – “Şərur” MTK-nın ofisinin qarşısı

2. Səbail rayonu İstiqlaliyyət küçəsi 6. Bakı Şəhər İcra Hakimiyyətinin qarşısı

3. Səbail rayonu N.Rəfibayli küçəsi 7. Respublika Prokurorluğunun qarşısı

4. Xətai rayonu Gəncə Prospekti, 2980-2981 ci məhəllə

Səsləndiriləcək şüarlar:

“Mülkiyyət huquqlarımız təmin olunsun!”, “Şarur” MTK rəhbərliyinin qanunsuz əməllərinə son qoyulsun”, “Şərur” MTK bizdən əl çək”, “Çıxarışımızı verin”.

Qeyd edək ki, piketin keçirilmə tarixi 25 iyun 2020-ci il, saat 15.00-a nəzərdə tutulub.(Yenicag)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Ən çox oxunanalar